. Love.az

Ilkin Heseni - Wikipedia - Love.az

Ana Səhifə - Ilkin Heseni

İlkin Həsəni (21 oktyabr 1983, Sabirabad, Azərbaycan SSR) — televiziya aparıcısı, aktyor, prodüser.

İlkin Həsəni
Doğum tarixi 21 oktyabr 1983 (41 yaş)
Doğum yeri Sabirabad, Azərbaycan SSR, SSRİ
Milliyyəti azərbaycanlı
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Fəaliyyəti televiziya aparıcısı, aktyor, prodüser
Fəaliyyət illəri 2001—h.h.
Təhsili Azərbaycan Mədəniyyət və İncəsənət Universiteti
IMDb ID7165458

Mündəricat

  • 1 Həyatı
  • 2 Layihələri
  • 3 İstinadlar
  • 4 Xarici keçidlər

Həyatı

redaktə

İlkin Həsəni 1983-cü il oktyabrın 21-də anadan olub.[1] Nəsimi rayonu 35 və 164 saylı məktəblərdə rus, son 3 sinfi isə Nərimanov rayonu 2 saylı Dəmir Yolu Liseyində Azərbaycan dili bölməsində təhsil alıb. 2000-ci ildə Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin kinooperatorluq fakültəsinə daxil olub. 2000–2001-ci illərdə peşəkar foto sənətinə yiyələnib, 2001-ci ildə Gənclər və Turizm Nazirliyinin keçirdiyi fotomüsabiqədə 3-cü, 2001-ci ilin noyabrında Fransanın Strasburq şəhərində keçirilən fotomüsabiqədə isə 1-ci yerə layiq görülüb. 2001-ci ildən televiziya rejissorluğu fakültəsində təhsilini davam etdirib. Elə həmin ildən Azad Azərbaycan Televiziyasında çalışmağa başlayıb. 106 FM radiosunda xəbər diktoru kimi fəaliyyətə başlayıb. Bir ildən sonra televiziya aparıcısı olub.[2]

"Virtual Time" (106 Fm), "Çox maraqlı", "ATV Maqazin", "Yeni ulduz", "Sözüm var", "Bizim səhər", "Xalq ulduzu", "AutoTime" kimi verilişlərin aparıcısı, "Bozbash Pictures" layihəsinin və Şəmi müəllim obrazının müəllifidir.[3]

İlkin Həsəni 2013-cü ildə hal-hazırda direktoru olduğu "İlk Media" şirkətini təsis edib.[4] 2015-ci ildə Bakıda keçirilən ilk Avropa Oyunlarında Velosiped İdman növü üzrə ulduz səfir seçilmişdir.[5] 2006–2007-ci illərdə Azərbaycan Sərhəd Qoşunlarında hərbi xidmətdə olub və xidmətini baş çavuş rütbəsi ilə başa vurub.

Layihələri

redaktə

Aktyor kimi

  • "Moskva-Bakı" qatarı (film, 2005)
  • Bozbash Pictures (2011–2018)
  • Ay brilliant (film, 2015)
  • Axırıncı yol (film, 2016)
  • Stalinin başı (film, 2016)
  • Palata 106 (2016–2017)
  • Bir Xalanın Sirri (film, 2018)
  • Bombaltı (film, 2019)

Baş prodüser kimi

  • Bozbash Pictures (2011–2018)
  • Ay brilliant (film, 2015)
  • Axırıncı yol (film, 2016)
  • Stalinin başı (film, 2016)
  • Palata 106 (2016–2017)
  • Bir Xalanın Sirri (film, 2018)
  • Bombaltı (film, 2019)
  • Buğlama (2018–2022)

İstinadlar

redaktə
  1. ↑ "İlkin Həsəni 34 yaşında". http://muz-tv.az/. 21 oktyabr 2017. 2022-01-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 noyabr 2020.
  2. ↑ "Tanınmış simalar — İlkin Həsəni". metbuat.az. Archived from the original on 2020-11-30.
  3. ↑ "İlkin Həsəninin uşaqlıq fotosu yayıldı". oxu.az. 9 iyul 2014. 2022-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 noyabr 2020.
  4. ↑ "İlkin Həsəni jurnal yaradır". milli.az. 23 noyabr 2013. 2022-01-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 noyabr 2020.
  5. ↑ "Aparıcı İlkin Həsəni səfir seçildi". http://kivnews.com/. 14 yanvar 2015. 2022-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 noyabr 2020.

Xarici keçidlər

redaktə
  •   Rəsmi YouTube kanalı — YouTube platformasında
  •   İlkin Həsəni — Facebook səhifəsi
  •   İlkin Həsəni — Instagram səhifəsi
  •   İlkin Həsəni — Twitter səhifəsi
  •   İlkin Həsəni[ölü keçid] — Linkedin səhifəsi
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=İlkin_Həsəni&oldid=7939054"
LOVE.AZ