. Love.az

Ilona Elek - Wikipedia - Love.az

Ana Səhifə - Ilona Elek

İlona Elek (mac. Ilona Elek; 17 may 1907, Budapeşt – 24 iyul 1988, Budapeşt) — Macarıstan olimpik qılıncoynatma çempionu, rapiraçı. O, macar tarixində qılıncoynatma sahəsi üzrə ən çox çempion olmuş qadın qılıncoynatma ustasıdır. İlona Elek 1907-ci ilin may ayının 17-də yəhudi əsilli ata ilə rumın əsilli ananın qızı olaraq dünyaya göz açmışdır.[2]

İlona Elek
mac. Ilona Elek
Şəxsi məlumatlar
Ləqəbi Csibi[1]
Vətəndaşlığı Macarıstan Macarıstan
Doğum tarixi 17 may 1907
Doğum yeri Budapeşt, Macarıstan
Vəfat tarixi 24 iyul 1988 (81 yaşında)
Vəfat yeri
  • Budapeşt, Macarıstan Xalq Respublikası
Dəfn yeri
  • Farkaşreti məzarlığı
İdman növü Qılıncoynatma
Medallar
Olimpiya oyunları
Qızıl 1935 Berlin Qılıncoynatma
Qızıl 1948 London Qılıncoynatma
Qızıl 1952 Helsinki Qılıncoynatma
Dünya Çempionatı
Qızıl Qılıncoynatma üzrə dünya çempionatı 1934 Varşava Qılıncoynatma
Qızıl Qılıncoynatma üzrə dünya çempionatı 1935 Lozanna Qılıncoynatma
Qızıl Qılıncoynatma üzrə dünya çempionatı 1937 Paris Qılıncoynatma
Qızıl Qılıncoynatma üzrə dünya çempionatı 1951 Stokholm Qılıncoynatma
Qızıl Qılıncoynatma üzrə dünya çempionatı 1952 Kopenhagen Qılıncoynatma
Qızıl Qılıncoynatma üzrə dünya çempionatı 1953 Brüssel Qılıncoynatma
Qızıl Qılıncoynatma üzrə dünya çempionatı 1954 Lüksemburq Qılıncoynatma
Qızıl Qılıncoynatma üzrə dünya çempionatı 1955 Roma Qılıncoynatma
Gümüş Qılıncoynatma üzrə dünya çempionatı 1936 San-Remo Qılıncoynatma
Gümüş Qılıncoynatma üzrə dünya çempionatı 1937 Paris Qılıncoynatma
Gümüş Qılıncoynatma üzrə dünya çempionatı 1948 Haaqa Qılıncoynatma
Gümüş Qılıncoynatma üzrə dünya çempionatı 1951 Stokholm Qılıncoynatma
Gümüş Qılıncoynatma üzrə dünya çempionatı 1954 Lüksemburq Qılıncoynatma
Bürünc Qılıncoynatma üzrə dünya çempionatı 1955 Roma Qılıncoynatma
Bürünc Qılıncoynatma üzrə dünya çempionatı 1956 London Qılıncoynatma
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Karyerası

redaktə

İlona Elek 3 dəfə Macarıstanı olimpiya yarışlarında təmsil etmiş, 2 qızıl, 1 gümüş medal qazanmışdır. Qılıncoynatma növü üzrə dünyanın ən məşhur idmançılarından biri hesab edilir.

O, 1946-1947, 1949-1950 və 1952-ci illərdə ölkə çempionatlarında qılıncoynatmanın rapira növü üzrə çempion olmuşdur. Bundan başqa 1934, 1935, 1951-ci il Dünya Çempionatlarında qızıl, 1937-1954-cü illərdə gümüş, 1955-ci ildə isə bürünc medal qazanmışdır. İlona Elek Olimpiya oyunlarında fərdi yarışlar üzrə iki qızıl medal qazanan ilk idmançı qadındır. Yəhudi əsilli Elek 1936-cı ildə keçirilən Yay Olimpiya Oyunlarında özü kimi yəhudi əsilli idmançı Helen Mayeri məğlub edərək qızıl medal qazanmışdır.

İkinci Dünya müharibəsindən sonra 1948-ci ildə keçirilən Yay Olimpiya Oyunlarında da qalib gələrək, Londondan qızıl medal ilə ayrılmışdır. Bu yarışlar zamanı Elekin 41 yaşı var idi. 1952-ci ildə keçirilən Helsinki Olimpiyadasında isə gümüş medal qazanaraq 2-ci yeri tutmuşdur.[3]

İstinadlar

redaktə
  1. ↑ Olympedia (ing.). 2006.
  2. ↑ "Ilona Elek HUNGARIAN ATHLETE". 2022-09-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-20.
  3. ↑ Ilona Elek
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=İlona_Elek&oldid=7908159"
LOVE.AZ