. Love.az

Ilqar Bagirov - Wikipedia - Love.az

Ana Səhifə - Ilqar Bagirov

İlqar Bağırov və ya Balu (tam adı: İlqar Saleh oğlu Bağırov; d. 12 may 1970, Bakı, Azərbaycan SSR, SSRİ — ö. 30 sentyabr 2014, Luqansk, Ukrayna) — Donbass müharibəsi şəhidi.

İlqar Bağırov
İlqar Saleh oğlu Bağırov
Şəxsi məlumatlar
Doğum tarixi 12 may 1970
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 30 sentyabr 2014 (44 yaşında)
Vəfat yeri Luqansk , Ukrayna
Vəfat səbəbi Şəhid olmuşdur
Dəfn yeri İrpen, Kiyev, Ukrayna
Vətəndaşlığı
  •  Ukrayna
Uşağı 1 qız
Atası Saleh Bağırov
Təhsili
  • İvan Kojedub adına Xarkov Milli Hava Qüvvələri Universiteti[d]
Hərbi fəaliyyəti
Mənsubiyyəti Ukrayna
Rütbəsi kapitan
Döyüşlər
  • Donbass müharibəsi
Təltifləri Order for Bravery 3rd Class of Ukraine (Ukrayna)

Mündəricat

  • 1 Həyatı
    • 1.1 Erkən illəri
    • 1.2 Donbass müharibəsi və döyüşlərdə iştirakı
    • 1.3 Ölümü
    • 1.4 Şəxsi həyatı
      • 1.4.1 Ləqəbi
  • 2 İrsi
  • 3 Təltif və mükafatları
  • 4 Həmçinin bax
  • 5 İstinadlar
  • 6 Xarici keçidlər

Həyatı

redaktə

Erkən illəri

redaktə

İlqar Bağırov 1970-ci il mayın 12-də Bakıda anadan olmuşdur.[1] O, 1987-ci ildə Xarkov Ali Hərbi Aviasiya məktəbinə daxil olub, 1992-ci ildə bu müəssəni bitirmişdir.[1]

Donbass müharibəsi və döyüşlərdə iştirakı

redaktə

Ukrayna Silahlı Qüvvələrində hərbi xidmət keçən İlqar Bağırov, Donbassda döyüşlər başlayan gündən Müdafiə Nazirliyinin nəzdində yaradılan 11-ci “Kiyevskaya Rus” batalyonunda kəşfiyyat qrupunun rəhbəri idi.[1]

Ölümü

redaktə
 
İlqar Bağırovun İrpendə məzarı

2014-cü il sentyabr ayının 30-da Luqansk vilayətinin Debaltsev şəhərində gedən qızğın döyüşlər zamanı onun rəhbərlik etdiyi kəşfiyyat qrupu mühasirəyə düşüb.[1] Qarşı tərəfi xeyli itkiyə uğratdıqdan sonra İlqar Bağırov mühasirədən çıxmayacağını görüb, əl qumabarası ilə özünü partladıb.[1] Onun meyiti naməlum şəxslər tərəfindən tapılaraq elə həmin yerdə dəfn olunub.[1] Bir müddət əvvəl meyitin qalıqları Ukrayna əsgərləri tərəfindən həmin ərazidən çıxarılaraq Kiyevin İrpen bölgəsində aparılıb və orada dəfn olunub.[1]

Şəxsi həyatı

redaktə

Ailəli idi, bir qızı yadigar qalıb.[1]

Ləqəbi

redaktə

Ukrayna xalqı arasında “Balu” kimi tanınırdı.[1]

İrsi

redaktə

2015-ci il dekabrın 23-də İrpin İqtisadi Kollecində onun adına şərəf lövhəsi vurulmuşdur.[2]

Təltif və mükafatları

redaktə

İlqar Bağırova ölümündən sonra Ukrayna "İgidliyə görə" ordeni ilə təltif edilib.[3]

  • 2015 —   "İgidliyə görə" ordeni (III dərəcəli)[4]

Həmçinin bax

redaktə
  • Vladimir Məmmədəliyev
  • Yolçu Əliyev

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 4 5 6 7 8 9 "Ukraynada həlak olan azərbaycanlı zabitə Milli Qəhrəman adı verilə bilər". oxu.az. oxu.az. Archived from the original on 2014-12-13. İstifadə tarixi: 30 iyun 2016.
  2. ↑ "В ИРПЕНСКОМ ЭКОНОМИЧЕСКОМ КОЛЛЕДЖЕ ОТКРЫЛИ МЕМОРИАЛЬНУЮ ДОСКУ ИЛЬГАРУ БАГИРОВУ Більше читайте тут: http://ru.tsn.ua/video/video-novini/v-irpenskom-ekonomicheskom-kolledzhe-otkryli-memorialnuyu-dosku-ilgaru-bagirovu.html". ru.tsn.ua. ru.tsn.ua. Archived from the original on 2015-12-28. İstifadə tarixi: 30 iyun 2016.
  3. ↑ "Azərbaycanlını Ukraynada ruslar öldürdü". news.atv.az. news.atv.az. İstifadə tarixi: 30 iyun 2016.[ölü keçid]
  4. ↑ "Алієв Йолчу (Руслан) Афі Огли ("Аварець")". memorybook.org.ua. memorybook.org.ua. Archived from the original on 2022-07-24. İstifadə tarixi: 11 fevral 2017.

Xarici keçidlər

redaktə
  • У Ірпені відбулося прощання з Героєм Arxivləşdirilib 2017-03-01 at the Wayback Machine
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=İlqar_Bağırov&oldid=6695097"
LOVE.AZ