İlqar Fəti oğlu Fəti-zadə (30 sentyabr 1956, Kirovabad – 14 aprel 2022, Bakı) — Azərbaycan iqtisadçısı, Azərbaycan Respublikası maliyyə nazirinin birinci müavini (1999–2022).
İlqar Fəti-zadə | |
---|---|
23 sentyabr 1999 – 14 aprel 2022 | |
Nazir | Əvəz Ələkbərov Samir Şərifov |
Əvvəlki | Səfər Hüseynov |
16 dekabr 1992 – 23 sentyabr 1999 | |
Sədr | Əvəz Ələkbərov |
aprel 1992 – 16 dekabr 1992 | |
Nazir | Bədir Qarayev Saleh Məmmədov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 30 sentyabr 1956(1956-09-30) |
Doğum yeri | |
Vəfat tarixi | 14 aprel 2022(2022-04-14) (65 yaşında) |
Vəfat yeri | |
Təhsili | |
Fəaliyyəti | iqtisadçı |
İlqar Fəti oğlu Fəti-zadə 1956-cı il sentyabrın 30-da hazırkı Gəncə şəhərində anadan olmuşdur. 1978-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Maliyyə-statistika fakültəsini bitirmişdir. 1978–1980-ci illərdə hərbi xidmətdə olmuşdur.[1]
İlqar Fəti-zadə əmək fəaliyyətinə 1978-ci ildə Azərbaycan SSR Maliyyə Nazirliyinin Ştat İdarəsində başlamışdır. 1980–1988-ci illərdə həmin idarədə böyük iqtisadçı, baş iqtisadçı, şöbə müdiri, 1988–1992-ci illərdə isə Maliyyə Nazirliyinin Dövlət Orqanları Aparatının Maliyyələşdirilməsi İdarəsinin rəisi vəzifələrində işləmişdir.[1]
1992-ci ilin aprel ayından maliyyə nazirinin müavini[2], 16 dekabr 1992-ci ildən isə Dövlət Sosial Müdafiə Fondu sədrinin birinci müavini olunmuşdur.[3] 23 sentyabr 1999-cu ildə maliyyə nazirinin birinci müavini təyin edilmişdir.[4]
İlqar Fəti-zadə 14 aprel 2022-ci ildə vəfat etmişdir.[5] "Qurd qapısı" qəbiristanlığında dəfn olunmuşdur.[6]
Ailəli idi. Bir övladı var.