İlqar Nəcəf (2 mart 1975, Ararat rayonu) — Azərbaycan kinorejissoru, kinossenarist.
İlqar Nəcəf | |
---|---|
Doğum tarixi | 2 mart 1975(1975-03-02) (50 yaş) |
Doğum yeri | |
Milliyyəti | azərbaycanlı |
Fəaliyyəti | kinorejissor, rejissor |
Fəaliyyət illəri | 2001-ci ildən |
Təhsili | |
IMDb | ID4731975 |
İlqar Nəcəf 2 mart 1975-ci ildə Ermənistan SSR-in Ararat rayonunda doğulub. 1988-ci ildə ailəsi ilə birlikdə məcburən oranı tərk edərək Azərbaycana köçüb. Təhsilini Sumqayıtdakı 12 saylı məktəbdə davam etdirib. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kino və televiziya rejissoru ixtisasında təhsil alıb (1993–1997).
2003-cü ildə İsveçrənin FOCAL təşkilatı tərəfindən keçirilən Beynəlxalq "Avanti" layihəsi çərçivəsində rejissor Kşiştof Zanussinin kinorejissor kurslarını bitirib.
2005-ci ildə "Buta Film" kino şirkətini təsis edib.[1].
Ailəlidir. 4 övladı var.