İlqar Vahid oğlu Niftəliyev (26 may 1972) — Azərbaycan tarixçisi, tarix elmləri doktoru, dosent, AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini.
İlqar Vahid oğlu Niftəliyev | |
---|---|
Doğum tarixi | 26 may 1972(1972-05-26) (53 yaş) |
Elm sahəsi | Tarix |
Elmi dərəcəsi | tarix elmləri doktoru (2023) |
Elmi adı | dosent |
İş yerləri | AMEA Tarix və Etnologiya İnstitutunun elmi işlər üzrə direktor müavini |
Təhsili | Bakı Dövlət Universitetinin Tarix fakültəsi |
Tanınır | tarixçi, alim |
İlqar Vahid oğlu Niftəliyev 1972-ci il mayın 26-da Bakı şəhərində anadan olmuşdur. O, 1996-2002-ci illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsinin bakalavr və magistr pillələrini fərqlənmə diplomu ilə bitirmişdir.
İlqar Niftəliyev 2002-ci ildən AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunda işləyir. O, 2003-2006-cı illərdə AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun aspiranturasında təhsil almışdı.
İ.V.Niftəliyev 2007-ci ildə “Azərbaycan SSR-ə qarşı ermənilərin ekspansiya planlarının həyata keçirilməsi (XX əsrin 20-ci illərinin birinci yarısı)” adlı dissertasiya işi müdafiə etmiş və 2009-cu ildə tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmüşdür. [1] 2022-ci ildə "Azərbsycan SSR-də milli məsələ və kadr siyasəti (XX əsrin 20-30-cu illəri)" adlı dissertasiya işi müdafiə etmiş və 2023 -cü ildə tarix elmləri doktoru elmi dərəcəsinə layiq görülmüşdür.
İlqar Niftəliyev 2017-2023-cü illərdə AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun "Azərbaycanın Sovet dövrü tarixi"şöbəsinin müdiri vəzifəsində işləmişdir. O, AMEA Tarix və Etnologiya İnstitutunun Elmi Şurasının üzvü və institutun nəzdində fəaliyyət göstərən ED 1.30 Dissertasiya Şurasının Elmi katibidir. 2005-ci ildən 2017-ci ilədək Tarix İnstitutunun Gənc alimlər və mütəxəssislər Şurasının sədri olmuşdur.2017-ci ildə dosent eimi adına layiq görülmüşdür. 2023-2024-cü illərdə İlqar Niftəliyev AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun İcraçı direktoru vəzifəsində çalışmışdır.[2] Hazırda həmin institutunda elmi işlər üzrə direktor müavinidir.
İlqar Niftəliyevin elmi axtarışlarının əsas istiqamətini Azərbaycanın müasir dövr tarixinin müxtəlif məsələlərinin araşdırılması təşkil edir. O, 4 monoqrafiyanın və 200 qədər elmi və elmi-publisistik məqalənin müəllifidir. İ.V.Niftəliyev 2010-2024-cü illərdə Fransa, Polşa, Bolqarıstan, Rusiya Federasiyası, Türkiyə Cümhuriyyəti, Ukrayna, Belarus, Gürcüstan, Özbəkistan, Qırğızıstan, Qazaxıstanda keçirilən beynəlxalq elmi konfranslarda iştirak etmişdir.
Elmi fəaliyyətimdə əldə etdiyim uğurlara görə 2022-2023-cü illərdə AMEA Rəyasət Heyətinin təşəkkürnaməsinə layiq görülmüşdür.
Evlidir, iki övladı var.
1.3.2. Sərt təqiblər qarşısında: sarsılmaz iradə və siyasi müdrikliyin qələbəsi (1987-1990-cı illər). s. 94-108 // Heydər Əliyev. Bakı: Şərq-Qərb, 2023, 304 s.
Azərbaycan dilində
Rus dilində
İngilis dilində
Türk dilində