. Love.az

Ilya Qrisunin - Wikipedia - Love.az

Ana Səhifə - Ilya Qrisunin

İlya Qrişunin (17 fevral 1989, Tolyatti, Samara vilayəti) — Azərbaycanı təmsil edən Rusiya əsilli batut gimnastı. İlya Qrişunin 2015-ci ildə I Avropa Oyunlarında bürünc medal qazanıb. İlya Qrişunin 2015-ci ildə həm də "Tərəqqi" medalına layiq görülüb.

İlya Qrişunin
Şəxsi məlumatlar
Tam adı İlya Vladimir oğlu Qrişunin
Vətəndaşlığı Rusiya Rusiya
Doğum tarixi 17 fevral 1989(1989-02-17) (36 yaş)
Doğum yeri
  • Tolyatti, Samara vilayəti, RSFSR, SSRİ
İdman növü Batut Gimnastikası
Medallar
Avropa Oyunları
Bürünc 2015 Baкı Fərdi
Dövlət mükafatları

"Tərəqqi" medalı

Həyatı

redaktə

İlya Qrişunin 1989-cu il 17 fevralda Rusiyanın Tolyatti şəhərində anadan olub. 1997-ci ildən idmanla məşğul olan İlya Qrişunin ali təhsilini Kuban Dövlət Bədən Tərbiyəsi, İdman və Turizm Universitetində alıb.

Karyerası

redaktə

İlya Qrişunin 2015-ci ildə Azərbaycanı Bakı şəhərində keçirilən I Avropa Oyunlarında təmsil etdi. Sinxron hərəkətlərdə İlya Qrişunin və Oleq Piunov 54.400 xal ilə təsnifat mərhələsində 10 idmançı arasında 9-cu yeri tutdu. Fərdi hərəkətlərdə isə İlya Qrişunin 58.765 xal ilə finalda 6 idmançı arasında 3-cü yeri tutdu və I Avropa Oyunlarının bürünc medalını qazandı..

İlya Qrişunin 29 iyun 2015-ci ildə 2015 Avropa Oyunlarında qazanılmış yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında böyük xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilmişdir.

İstinadlar

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=İlya_Qrişunin&oldid=8026440"
LOVE.AZ