Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz. |
Əhmədov İlyas Əhməd oğlu (5 aprel 1978) — Aktyor.
İlyas Əhmədov | |
---|---|
İlyas Əhməd oğlu Əhmədov | |
Doğum tarixi | (47 yaş) |
Fəaliyyəti | Aktyor |
Tanınma səbəbi | Aktyor |
Əhmədov İlyas Əhməd oğlu 5 aprel 1978-ci ildə anadan olub.
2003-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram və kino aktyorluğu fakültəsini bitirmişdir. 2004-cü il oktyabrın 4-də Akademik Milli Dram Teatrına, əvvəlcə müqavilə ilə, 01.11.2005-ci ildə isə ştata aktyor götürülüb. Teatrın səhnəsində aşağıdakı rolları oynayıb: Qaçay ("Rəqabət", Bəxtiyar Vahabzadə), Nağıl ("Ölüləri qəbiristanlıqda basdırın", İsmayıl Şıxlı), oğlan ("Uçqun", Tuncer Cücenoğlu), Bağır ("Dirilən adam", Mir Cəlal) və kütləvi səhnələr. 2012-ci ildə "Qatil" tamaşasının məşqləri zamanı baş verən anlaşılmazlıqlara görə öz ərizəsi ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrını tərk etmişdir. 2016-cı ildə yenidən sevimli teatrın səhnəsinə qayıtmışdır və bir çox uğurlu rollara imza atmışdır.
10 may 2022-ci ildə[1], 6 may 2023-cü ildə[2] və 9 may 2024-cü ildə[3] Prezident Mükafatına layiq görülmüşdür.