İmam Zeylai və ya Əbu Məhəmməd Cəmalüddin Abdullah ibn Yusif ibn Məhəmməd əz-Zeylai (ərəb. عبد الله بن يوسف الزيلعي; v. 1360, Qahirə) — Hənəfi fəqihi və hədis hafizi.[1]
İmam Zeylai | |
---|---|
ərəb. عبد الله بن يوسف الزيلعي | |
![]() | |
Doğum tarixi | |
Doğum yeri | Zeyla, Somali |
Vəfat tarixi | |
Vəfat yeri | Qahirə, Misir |
Elm sahələri | fiqh, hədis |
İmam Zeylai bugünkü Somalinin Cibuti sərhədinə yaxın bölgəsi olan, Ədən körfəzi sahindəki liman şəhəri Zeyladandır. Süyuti bioqrafiyasını verərkən, "Zeylai əslində bir sonrakı təbəqədə zikr edilməli idi, ancaq oradakı yaxınlarından əvvəl vəfat etdiyi üçün bura alınmışdır"[2][3] deyir. Süyutinin bəhs etdiyi bir sonrakı təbəqədə verilən hədis hafizlərinin doğum tarixlərinin 1323–1348-ci illər arasında dəyişməsi və Zeylainin bu təbəqədə mövcud 1325-ci ildə doğulan Zeynüddin əl-İraqi ilə dostluğu diqqətə alındığında, 1320-ci ildə anadan olduğu deyilə bilər.[1]
Zeylai, dövrünün qabaqcıl elm adamlarından Şəhabəddin Əhməd ibn Məhəmməd ibn Fütuh ət-Tücibi, Osman ibn Əli əz-Zeylai, Alaəddin İbnüt-Türkmani, Şəhabəddin Əhməd ibn Məhəmməd ibn Kays əl-Ənsari, Cəlaləddin Əbul-Fütuh Əli ibn Əbdülvəhhab əl-Cüreyri və Bəhaəddin İbn Aqil kimi şəxsiyyətlərdən hədis, fiqh və nəhiv (ərəb dili qrammatikası) təhsil almışdır. Nasbur-Rayənin bir çox yerində ifadə etdiyinə görə hədis müəllimləri arasında Əbul-Həccac Yusuf ibn Əbdürrəhman əl-Mizzi ilə Zəhəbi də vardır. Fiqhdə fətva verəcək səviyyəyə gəlmiş olsa da, qələmə aldığı əsərlərdə hədisçilik istiqaməti ön plandadır. İbn Həcər, müəllimi Zeynüddin əl-İraqinin Şafii, Zeylainin Hənəfi olmasına baxmayaraq həmrəylik içində işlər gördüklərini ifadə etdiyini nəql edər. Buna nümunə olaraq da İraqinin, Qəzalinin "İhya"sındakı hədislərlə Tirmizinin "əs-Sünən"ində, "Və fil-bəb an fülan…" (ərəbcə: و في الباب عن فلان, azərb.: bu babda filan səhabələrdən nəql edilmiş hədislər də vardır) ifadəsiylə işarə etdiyi rəvayətlərin təxrici üzərində çalışarkən Zeylaidən, Zeylainin də Mərğinaninin "əl-Hidayə"siylə Zəməhşərinin "əl-Kəşşaf"ındakı hədislərin təxricini edərkən İraqidən faydalandığını ifadə edər.[4]
Hədis təxrici mövzusundakı işləri bir çox alim tərəfindən istinad olaraq istifadə edilən Zeylai 11 Məhərrəm 1360-cı ildə Qahirədə vəfat etmişdir. Onun Əvfat Əmirliyini təmsilən Məmlük Sultanı Məhəmməd ibn Kalavuna göndərilən elçilik heyətinə başçılıq etməsi ölkəsində böyük etibar daşıdığını göstərməkdədir.[1]
İmam Zeylainin qələmə aldığı əsərlər bunlardır:[1]