. Love.az

Imamzade Turbesi Berde - Wikipedia - Love.az

Ana Səhifə - Imamzade Turbesi Berde
Bu adın digər istifadə formaları üçün bax: İmamzadə türbəsi.

Bərdə İmamzadə türbəsi — Bərdə şəhərinin mərkəzində yerləşən tarixi dini-memarlıq abidəsidir.[1] Əvvəlcə türbə kimi inşa edilmiş Bərdə imamzadəsi zaman keçdikcə ziyarətə çevrildiyindən, onun ətrafında məscid inşa edilmiş, beləliklə də dini abidə kompleksi yaranmışdır.

İmamzadə türbəsi
Xəritə
40°20′ şm. e. 47°10′ ş. u.HGYO
Ölkə  Azərbaycan
Şəhər Bərdə
Yerləşir Bərdə
Memar Kərbəlayi Səfixan Qarabaği
Tikilmə tarixi XIV-XIX əsrlər
Üslubu Arran memarlıq məktəbi
Vəziyyəti fəaliyyət göstərir
Azərbaycandakı tarixi abidələrin milli qeydiyyatı
İstinad nöm.210
ƏhəmiyyətiÖlkə əhəmiyyətli
İmamzadə türbəsi (Azərbaycan)
Nöqtə
İmamzadə türbəsi
Türbənin planı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bərdə imamzadəsinin inşası zamanı Arran memarlıq məktəbinin fiqurlu hörgü və daş-kərpic sıralamasından istifadə ənənəsi cəsarət və uğurla istifadə olunmuşdur. Binanın inşası zamanı, həm də daha əvvəl Mömünə Xatun türbəsi və Bərdə türbəsinin memarlığında rast gəlinən fasadın müxtəlif elementlərinin eyni profil və ya xəttlə çərçivələnməsi üsulundan istifadə edilmişdir.

Mündəricat

  • 1 Tarixi
  • 2 Memarlıq xüsusiyyətləri
  • 3 İstinadlar
  • 4 Ədəbiyyat
  • 5 Həmçinin bax
  • 6 Xarici keçidlər

Tarixi

redaktə

Abbasqulu Ağa Bakıxanov 1841-ci ildə yazdığı məşhur Gülüstani-İrəm əsərində belə qeyd etmişdir.

  Bir çox cəhətcə kənd xarabaları, aran şəhərlərində yüksək dərəcəli üç imamzadənin Şamaxı, Gəncə və Bərdə şəhərlərində olan türbələri, Bülbülə kəndindəki İmamzadə göstərir ki, bu ölkə həmişə din böyüklərinin vətəni olmuşdur[2]  

Məlumatlara görə, buradakı türbədə İsmaili və Cəfəri şiələrinin 5-ci imamı Məhəmməd əl-Baqirin qız nəvəsi İsmayıl dəfn olunub. Məhəmməd əl-Baqirin 3-cü oğlu İbrahim İsa (739-cu ildə) Gəncə şəhərinin 7-ci km-liyində yerləşən Göy İmamzadədə dəfn olunub.

1891-ci ildə Bərdə imamzadə türbəsini tədqiq etmiş akademik Boris Dorn yazır ki, “...Orda həm də qədim İbrahim imamzadəsii vardır ki, haqqında hansısa məlumat saxlanılmamışdır. Lakin, o, ibadət yeri kimi fəaliyyət göstərir. Köhnə binanın təmiri, onun sahibinə 3000 gümüş rubla başa gəlmişdir.” [3]

Ə. Salamzadə yazır ki, əvvəlcə bu tikili ehtimal ki, ancaq türbə olmuşdur.[4] İnteryerdə mehrabın olmamasını da bununla izah etmək mümkündür. Tədqiqatçının fikrincə, Dornun təmir işləri haqqında verdiyi məlumat da birbaşa türbə binasına aiddir. Çünki, türbə binasını əhatə edən məscid 1868-ci ildə inşa edilmiş, yəni tikiliyə Dornun onu ziyarət etməsindən sonra artırılmışdır.[4]

Məscidin inşası haqqında məlumat 1886-cı ilin “Qafqaz təqvimi”ndə də verilir: “İmamzadə türbəsi (piri) Yelizavetpol quberniyası, Cavanşir qəzasının Bərdə yaşayış yerində yerləşir. 1868-ci ildə türbə üzərində məscid inşa edilmişdir.”[5][6]

Memarlıq xüsusiyyətləri

redaktə

Ə. Salamzadə qeyd edir ki, əvvəlcə türbə kimi inşa edilmiş Bərdə imamzadəsi zaman keçdikcə ziyarətə çevrildiyindən, onun ətrafında məscid inşa edilmiş, beləliklə də dini abidə kompleksi yaranmışdır.[7] Tədqiqatçının sözlərinə görə inşaat işlərinə rəhbərlik edən memar “dörd minarəyə və maraqlı həcm-məkan həllinə malik bitkin memarlıq əsəri yaratmağa nail olmuşdur.”[7]

Bərdə imamzadəsinin inşası zamanı Arran memarlıq məktəbinin fiqurlu hörgü və daş-kərpic sıralamasından istifadə ənənəsi cəsarət və uğurla istifadə olunmuşdur. Binanın inşası zamanı, həm də daha əvvəl Mömünə Xatun türbəsi və Bərdə türbəsinin memarlığında rast gəlinən fasadın müxtəlif elementlərinin eyni profil və ya xəttlə çərçivələnməsi üsulundan istifadə edilmişdir.[7]

İstinadlar

redaktə
  1. ↑ Bərdə İmamzadəsi: layihənin icrası başa çatır //İki sahil.- 2015.- 19 mart.- S.21.
  2. ↑ Gülüstani İrəm 15, s.35-37
  3. ↑ Дорн, Б. Каспий. СПб. 1875.
  4. ↑ 1 2 Саламзаде, 1964. səh. 31
  5. ↑ Кавказский календар на 1886 г.
  6. ↑ Azərbaycanın seçilmiş İslam abidələri (PDF) (az.). Bakı: Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi. 2015. 180. 2024-09-19 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-09-19.
  7. ↑ 1 2 3 Саламзаде, 1964. səh. 32

Ədəbiyyat

redaktə
  • Саламзаде, А. Архитектура Азербайдана XVI-XIX вв. Баку: Издательство Академии наук Азербайджанской ССР. 1964.

Həmçinin bax

redaktə
  • Arran memarlıq məktəbi
  • Qarabağ xanlığı

Xarici keçidlər

redaktə
  • Bərdə - Qafqaz Albaniyasının paytaxtı qədim Portav (vizual səyahət, ELTV, 2015)  (az.)
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=İmamzadə_türbəsi_(Bərdə)&oldid=7785644"
LOVE.AZ