İmişli Şəkər Zavodu — Regionda ən böyük şəkər tozu, heyvan yemi, kəllə qənd və etanol istehsalı edən müəssisə.[1]
İmişli Şəkər Zavodu | |
---|---|
Ümumi məlumatlar | |
Təsis tarixi | 2006 |
Baş qərargahın yeri | Azərbaycan, İmişli |
asib.az |
İmişli Şəkər Zavodunun inşaat işlərinə 2003-cü ildə, ümummilli lider Heydər Əliyevin xeyir-duası ilə başlanılmışdır.[2] Dünya standartlarına cavab verən texnologiyalarla təchiz edilmiş İmişli Şəkər Zavodunun layihə və montaj işləri Almaniya, Polşa, Türkiyə və Ukrayna mütəxəssislərinin nəzarəti altında azərbaycanlı mühəndis və montaj heyəti tərəfindən həyata keçirilmişdir.[3] 23 mart 2006-cı ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə İmişli Şəkər Zavodunun rəsmi açılış mərasimi keçirilmişdir. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında qabaqcıl rol oynayan İmişli Şəkər Zavodu hazırda şəkər tozu, heyvan yemi, kəllə qənd və etanol istehsalı sahələrində fəaliyyət göstərir. Imişli şəkər zavodunun illik istehsl gücü 60000 tondur. Azərbaycan Şəkər İstehsalat Birliyinin fəqaliyyətə başlamsı nəticəsində 10000 lərlə insanın məşğulluğu təmin olunub. Bu gün İmişli şəhəri sənaye şəhərinə çevrilərək, əsasən şəkər zavodunun fəaliyyəti nəticəsində özünü maliyyələşdirən rayonlardan birinə çevrilmişdir. Bu gün İmişli Şəkər Zavodu bölgənin inkişafında və sənayeləşməsində mühüm yer tutur.[4]