. Love.az

Imperatrica Asina - Wikipedia - Love.az

Ana Səhifə - Imperatrica Asina
Bu məqalənin sonunda mənbə siyahısı var, lakin mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir.
Lütfən, mənbələri uyğun şəkildə mətnin daxilində yerləşdirərək məqalənin təkmilləşdirilməsinə kömək edin.

İmperatriça Aşina (阿史那皇后) — Göytürk şahzadəsi, Muğan xaqanın qızı, Şimal Cou imperatriçası.

İmperatriça Aşina
阿史那皇后
Şimal Cou imperatriçası
568 – 578
Əvvəlkiİmperatriça Duqu
SonrakıYanq Lihua
Şəxsi məlumatlar
Doğum tarixi 551
Vəfat tarixi 582
Atası Muğan xaqan
Həyat yoldaşı Vu
Dini Tenqriçilik
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Həyatı
  • 2 Evlilik
  • 3 Dul həyatı
  • 4 Titulları
  • 5 Mənbələr

Həyatı

redaktə

Əsl adı bilinmir. 551-ci ildə anadan olmuşdur. Bu vaxtı hələ babası Bumın tümən komandiri idi.

Evlilik

redaktə

Hələ 554-cü ildə Şimal Çjou qəyyumu Yuven Tay onunla evlənmək istəsə də Muğan xaqan razı olmamışdı. 565-ci ildə onun oğlu Yuven Yonq taxta çıxaraq 120 nəfərdən ibarət elçi karvanı göndərmişdi. Karvanda imperatorun qardaşı Yuven Çun da var idi. Xaqan əvvəlcə fikrindən daşınsa da 568-ci ildə xaqanın çadırına şimşək vurmasından sonra qızını verdi. İmperatriça paytaxt Çanqana gələrək imperator Vu ilə evləndi. İmperatriça gözəl və mehriban idi. Lakin onların övladı olmamışdır.

 
İmperator Yuven Yon

Dul həyatı

redaktə

578-ci ildə imperatorun ölümündən sonra taxta keçən ögey oğlu Hsüanın dövründə ana imperatriça olaraq hörmət görməyə davam edirdi. 580-ci ildə Hsüanın ölümündən sonra oğlu Cinq taxta keçəndə də bu mövqeyini qoruyub saxladı. 582-ci ildə vəfat etmişdir.

Titulları

redaktə
  • İmperatriça Aşina 阿史那皇后 (568-578)
  • Ana İmperatriça Tianyuan 天元皇太后 (579-?)
  • Böyük Ana İmperatriça Tianyuan 天元上皇太后 (?-582)

Mənbələr

redaktə
  • Cou kitabı, IX cild.
  • Şimal Sülalələri Tarixi, XIV cild.
  • Şici Tonqcian, cildlər 169, 170, 171, 173, 174.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=İmperatriça_Aşina&oldid=6905568"
LOVE.AZ