. Love.az

Ince Seki - Wikipedia - Love.az

Ana Səhifə - Ince Seki
Bu adın digər istifadə formaları üçün bax: İnçə.

İnçə — Azərbaycan Respublikasının Şəki rayonunun İnçə kənd inzibati ərazi dairəsində kənd.[1]

İnçə
41°15′18″ şm. e. 47°06′29″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Şəki rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi 1.355 nəfər
Xəritəni göstər/gizlə
İnçə xəritədə
İnçə
İnçə

Əhalisi

redaktə

Kənd Şəki-Qax-Zaqatala-Balakən yolu üzərində yerləşir.Kəndin əhalisi 1355 nəfər təşkil edir ki, onun da 692 nəfəri kişi, 663 nəfəri isə qadındır. Kəndin yuxarı hissəsində əhali daha sıx yerləşib. Kəndin əhalisi ikimillətlidir. Burda Rutul ləzgiləri məskunlaşmışdır (XX-XIX əsr). Rutul ləzgiləri bura 18-19-cu əsrlərdə Dağıstanın Rutul rayonu ərazisindəki Borç kəndindən Azərbaycanın şimal ərazilərinə köçmüşdür(Şəki- Şin, Şorsu, Daşüz, Göybulaq və s.). Əhalisi çox mehriban, qonaqpərvərdir. Kənd daxilində 3 şəhid bulağı var. Şəhid Əlibəyov Mahmud (ləzgi), Şəhid Piriyev İsmayıl, Şəhid Elmir Umudlu. Əhalisi əsasən bağçılıq, əkinçilik, maldarlıq ilə məşğul olur.

Kənd haqqında

redaktə

Kənd Şin çayının sahilində yerləşir. Kəndin 3 tərəfi dağlarla əhatə olunmuşdur. Dağların ən yüksək zirvəsi Qaraginədir. Ərazisi 1,58 km²-dir. Kəndin şərq hissəsində uzunluğu 941 m olan çay axır. Çayın mənbəyi dağ sularından gəlir, mənsəbi yoxdur. Kəndin girişindən başına kimi olan əsas yolun uzunluğu 1,9 km-dir.

İstinadlar

redaktə
  1. ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-09-29.
Şəki rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=İnçə_(Şəki)&oldid=8116795"
LOVE.AZ