. Love.az

Incesenet Kolleci Adra - Wikipedia - Love.az

Ana Səhifə - Incesenet Kolleci Adra

Azərbaycan Dövlət Rəssamlıq Akademiyası nəzdində İncəsənət Kolleci — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan orta-ixtisas təhsili müəssisəsi[1]

Azərbaycan Dövlət Rəssamlıq Akademiyası nəzdində İncəsənət Kolleci
Əsası qoyulub 13 iyun 2000
Tip orta-ixtisas təhsili müəssisəsi
Direktor Elşad Oktay oğlu Əhmədov
Tələbə sayı 308
Şəhər Bakı
Ölkə
  •  Azərbaycan
Ünvan Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev pr. 26

Mündəricat

  • 1 Tarixi
  • 2 İxtisaslar
  • 3 İstinadlar
  • 4 Xarici keçidlər

Tarixi

redaktə

Məktəb 1920-ci ildə rəssam Əzim Əzimzadənin təşəbbüsü ilə yaradılmışdır. Təhsil müəssisəsi əvvəlcə Ali Bədii Emalatxana, sonralar Azərbaycan Ali Rəssamlıq Məktəbi adlanmış, 1929-cu ildən Rəssamlıq Pedaqoji Texnikumu, 1937-ci ildən Dövlət Rəssamlıq Məktəbi adı ilə fəaliyyət göstərmişdir. 1943-cü ildə isə məktəbə Əzim Əzimzadənin adı verilmişdir. 13 iyun 2000-ci ildə Azərbaycan Rəssamlıq Akademiyası yaradılan zaman məktəb İncəsənət Kolleci adı ilə həmin akademiyanın tabeliyinə verilmişdir.13 iyun 2000-ci ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən Azərbaycan Rəssamlıq Akademiyasının nəzdində yaradılmışdır[2].

İxtisaslar

redaktə
 
Sərgi

Kollecdə aşağıdakı ixtisaslar üzrə mütəxəssislər hazırlanır:[3]

  • Dekorativ-tətbiqi incəsənət (sahələr üzrə) - bədii keramika, xalça və toxuculuq;
  • Rəngkarlıq;
  • Qrafika üzrə texnik;
  • Heykəltəraşlıq;
  • Teatr dekor sənəti;
  • Dizayn (sahələr üzrə) - qrafik, geyim, interyer dizayn;

İstinadlar

redaktə
  1. ↑ ""Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 iyul 2011-ci il tarixli, 118 nömrəli Qərarı. Arxivləşdirilib 2018-12-29 at the Wayback Machine  (az.)
  2. ↑ "Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2000-ci il tarixli, 349 nömrəli Fərmanı. Arxivləşdirilib 2014-11-09 at the Wayback Machine  (az.)
  3. ↑ 2011-ci ildə orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu planının təsdiqi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 iyul 2011-ci il tarixli, 176s nömrəli Sərəncamı.[ölü keçid]  (az.)

Xarici keçidlər

redaktə
  • Azərbaycan Rəssamlıq Akademiyası nəzdində İncəsənət Kolleci Arxivləşdirilib 2014-07-02 at the Wayback Machine bilgi.az saytında  (az.)
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=İncəsənət_Kolleci_(ADRA)&oldid=8009330"
LOVE.AZ