İncəvar — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonunda kənd olmuşdur.[1][2][3]
İncəvar | |
---|---|
Ölkə |
![]() |
Region | Zəngəzur mahalı |
Rayon | Qafan rayonu |
Xalac çayının sol sahilində yerləşirdi.[4]
Toponim türk mənşəli qıpçaq tayfasından olan incə etnonimindən[5] və "möhkəmləndirilmiş kənd, bənd, qala" mənasında işlənən var sözündən[6] əmələ gəlmişdir və "incə tayfasına mənsub qala, kənd" mənasını bildirir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir.
Kənddə 1873-cü ildə 66 nəfər, 1886-cı ildə 92 nəfər, 1897-ci ildə 129 nəfər, 1904-cü ildə 140 nəfər, 1914-cü ildə 89 nəfər azərbaycanlı yaşamışdır[7]. 1918-ci ildə azərbaycanlılar ermənilər tərəfindən qırğınlarla deportasiya olunmuşdur. 1918-ci ildə əhalisi qovulduqdan sonra kənd dağılmışdır. 1922-ci ildə geri qayıtmış əhali qonşu Xələc kəndində yerləşdirilmişdir[8][9]. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra kəndin keçmiş sakinləri öz evlərinə dönə bilmişdir. Burada 1922-ci ildə 38 nəfər, 1926-cı ildə 42 nəfər, 1931-ci ildə 45 nəfər azərbaycanlı yaşamışdır[10]. 30-cu illərin sonunda kənd ləğv edilmişdir. İndi ölü kənddir.