İnoue Tetsuciro (井上 哲次郎?, 25 dekabr 1856[1], Dazayfu[d], Çikuzen əyaləti[d] – 9 noyabr 1944[1], Koişikava-ku[d], Tokio) – Yaponiya filosofu, şairi və pedaqoqu. Şintayşi hərəkatının qabaqcılı olmuş, alman idealizmini müdafiə etmişdir.
İnoue Tetsuciro | |
---|---|
yap. 井上哲次郎 | |
![]() | |
Doğum tarixi | 25 dekabr 1856(1856-12-25)[1] |
Doğum yeri | |
Vəfat tarixi | 9 noyabr 1944(1944-11-09)[1] (87 yaşında) |
Vəfat yeri | |
Uşağı | |
Təhsili | |
Fəaliyyəti | filosof, universitet müəllimi[d], yazıçı, siyasətçi |
Mükafatları |
![]() |
![]() |
İnoue Tetsuciro 1856-cı ildə Yaponiyanın Çikuzen əyalətində (indiki Fukuoka prefekturası) doğulmuşdur. Tokuzan Nakamuranın rəhbərliyi altında Çin klassiklərini oxumuş, 1875-ci ildə Tokio Kaysey Məktəbinə daxil olmuşdur.[3]
1880-ci ildə Tokio Universitetinin fəlsəfə fakültəsindən məzun olmuşdur. 1882-ci ildə Tokio Universitetinin dosenti olmuşdur. Həmin il "Şintayşişo" poeziya kitabının həmmüəlliflərindən biri olmuş,[4] Toyama Masakazu və Ryokiçi Yatabe ilə birlikdə Şintayşi hərəkatının qabaqcıllarından biri olmuşdur.[3] 1884-cü ildə təhsil almaq üçün Almaniyaya getmişdir. 1890-cı ildə Tokio Universitetinin professoru olmuşdur. Bütün akademik karyerasını 1923-cü ilə qədər Tokio Universitetində fəlsəfə dərsi verməklə keçirmişdir.[5] 1895-ci ildə Yaponiya Elmlər Akademiyasının üzvü olmuş, Tokio Universitetinin ədəbiyyat fakültəsinin dekanı təyin olunmuşdur.[3]
İnoue Yaponiyanın akademik dünyasına alman idelizmini gətirməsinə görə tanınır. Buddizm və konfusiçilik ilə maraqlanmış, Şərq və Qərb düşüncəsinin sintezini axtarmışdır.[5] Mədəni Tədqiqat Komitəsinin üzvü olmuşdur.[3] Milliyyətçi olmuş, xristianlığın Yaponiyanın milli siyasəti üçün təhlükə ərz etdiyini bildirmiş, imperator və ölkəyə sədaqətin vacibliyini vurğulamışdır.[5]
Əsas əsərlərinə "İnoue Hakase koronşu" (2 cild, 1894-1895) və "Sonken rombunşu" (2 cild, 1899-1901) aiddir.[5] "Şərq incəsənəti və elm", "Uzaq Şərqdə işıq" kimi jurnalları redaktə etmişdir. [3]