. Love.az

Inqa Karamcakova - Wikipedia - Love.az

Ana Səhifə - Inqa Karamcakova

İnqa Alekseyevna Karamçakova (d. 29 aprel 1978) — Rusiyalı sərbəst güləşçi. İnqa Karamçakova 1998-2002-ci illərdə ardıcıl olaraq beş dəfə Avropa çempionu oldu. İnqa Karamçakova həm də Dünya Çempionatında iki dəfə gümüş və iki dəfə bürünc medal qazanıb.

İnqa Karamçakova
Şəxsi məlumatlar
Tam adı İnqa Karamçakova
Vətəndaşlığı Rusiya Rusiya
Doğum tarixi 29 aprel 1978 (47 yaş)
Boyu 157 sm.
Çəkisi 50 kq
İdman növü Güləş
Medallar
Dünya Çempionatı
Bürünc 1998 Poznan -46 kq.
Bürünc 1999 Boden -46 kq.
Gümüş 2000 Sofiya -46 kq.
Gümüş 2002 Xalkis -48 kq.
Avropa Çempionatı
Qızıl 1998 Bratislava -48 kq.
Qızıl 1999 Götzis -48 kq.
Qızıl 2000 Budapeşt -48 kq.
Qızıl 2001 Budapeşt -48 kq.
Qızıl 2002 Seinajoki -48 kq.

Mündəricat

  • 1 Karyerası
  • 2 Mənbələr
    • 2.1 Xarici кeçidlər
    • 2.2 İstinadlar

Karyerası

redaktə

İnqa Karamçakova beynəlxalq səviyyədə birinci uğurunu 1998-ci ildə Slovakiyanın paytaxtı Bratislava şəhərində qazandı. Həmin il o, Avropa çempionatının qızıl medalını qazandı. Elə həmin ildə Poznan şəhərində Dünya çempionatının bürünc medalını qazanan İnqa Karamçakova ümumi olaraq karyerasında beş dəfə Avropa çempionu olub. Dünya Çempionatlarında isə İnqa Karamçakova 1998 və 1999-cu illərdə bürünc, 2000 və 2002-ci illərdə isə yalnızca finalda uduzaraq gümüş medal qazanlb.

Mənbələr

redaktə

Xarici кeçidlər

redaktə
  • İnqa Karamçakovanın FILA-nın saytında profili

İstinadlar

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=İnqa_Karamçakova&oldid=7760788"
LOVE.AZ