. Love.az

Inqilab Semiyev - Wikipedia - Love.az

Ana Səhifə - Inqilab Semiyev

İnqilab Şəfaqət oğlu Şəmiyev (1934, Gələbədin, Ağcabədi rayonu – 1997) — Respublikanın Tədarük və Meyvə-Tərəvəz Təsərrüfatı naziri (1969–1985), kənd təsərrüfatı elmləri namizədi.

İnqilab Şəmiyev
Azərbaycan SSR tədarük naziri
25 mart 1981 – 14 noyabr 1985
ƏvvəlkiTelman Orucov
SonrakıRəhim Cəmilov
(taxıl məhsulları naziri kimi)
12 noyabr 1969 – 1 avqust 1975
Əvvəlkinazirlik yaradılıb
SonrakıSoltan Əzizov
Azərbaycan SSR Tərəvəz və Meyvə İstehsalı, Tədarükü, Emalı və Satışı Aqrar-Sənaye Birliyinin sədri
1 avqust 1975 – 25 mart 1981
ƏvvəlkiSergey Brızqalin
(Baş Tərəvəz və Meyvə Tədarükü, Emalı və Satışı İdarəsinin rəisi kimi)
SonrakıTelman Orucov
(meyvə-tərəvəz təsərrüfatı naziri kimi)
Azərbaycan SSR Nazirlər Soveti Dövlət Taxıl Məhsulları və Qarışıq Yem Sənayesi Komitəsinin sədri
4 iyul 1968 – 12 noyabr 1969
Komitə Azərbaycan SSR Tədarük Nazirliyinə çevrilmişdir
Azərbaycan SSR Nazirlər Soveti Baş Taxıl Məhsulları İdarəsinin rəisi
16 may 1967 – 4 iyul 1968
İdarə Azərbaycan SSR Nazirlər Soveti Dövlət Taxıl Məhsulları və Qarışıq Yem Sənayesi Komitəsinə çevrilmişdir
Şəxsi məlumatlar
Doğum tarixi 1934
Doğum yeri
  • Gələbədin, Ağcabədi rayonu, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi 1997
Partiya
  • Sovet İttifaqı Kommunist Partiyası,
  • Azərbaycan Demokratik Sahibkarlar Partiyası
Fəaliyyəti alim

Təltifləri "Lenin" ordeni "Oktyabr inqilabı" ordeni "Qırmızı əmək bayrağı" ordeni
XTNS qızıl medalı XTNS gümüş medalı

Mündəricat

  • 1 Həyatı
  • 2 Əmək fəaliyyəti
  • 3 Siyasi fəaliyyəti
  • 4 Mükafatları

Həyatı

redaktə

İnqilab Şəfaqət oğlu Şəmiyev 1934-cü ildə Ağcabədi rayonunun Gələbədin kəndində qulluqçu ailəsində anadan olmuşdur. 1956-cı ildə Gəncə Kənd Təsərrüfatı İnstitutunu fərqlənmə diplomu ilə bitirmişdir. 1956-cı ildə elmi fəaliyyətə Azərbaycan Elmi-Tədqiqat Pambıqçılıq İnstitutundan başlamışdır. 1962-ci ildə kənd təsərrüfatı elmləri namizədi alimlik dərəcəsi almişdır. Otuzdan artıq elmi işin və məqalənin müəllifidir. O, 1997-ci ildə ölmüşdür.

İnqilab Şəmiyevin 2 övladı var.

Əmək fəaliyyəti

redaktə
  • 1962–1967-ci illərdə Azərbaycan Mərkəzi Komitəsində təlimatçı, bölmə müdiri və kənd təsərrüfatı şöbəsində müdir müavini;
  • 1967–1985-ci illərdə Azərbaycan Respublikasi Nazirlər Soveti yanında Baş Taxıl Məhsulları İdarəsinin rəisi, Dövlət Taxıl Məhsulları Komitəsinin sədri, "Azmeyvətərəvəzsənaye" Respublika Birliyinin sədri, Respublikanın Tədarük və Meyvə-Tərəvəz Təsərrüfatı naziri ;
  • 1985–1990-cı illərdə "Azərtərəvəztoxum" Respublika Birliyinin rəisi;
  • 1990–1994-cü illərdə Dövlət Aqrar-Sənaye Komitəsində Baş Bitkiçilik Məhsulları İstehsalı İdarəsinin rəisi;
  • 1994–1995-ci illərdə Respublika Kənd Təsərrüfatı Nazirliyində Üzüm, Meyvə-Tərəvəz Məhsulları istehsalı və Tədarükü Baş İdarəsinin rəisi,

Siyasi fəaliyyəti

redaktə

İnqilab Şəmiyev 1970, 1975, 1980 və 1985-ci illərin çağırışında Azərbaycan Ali Sovetinin deputatı olmuşdur.

İnqilab Şəmiyev bir müddət Azərbaycan Demokratik Sahibkarlar Partiyası üzvü olmuşdur. 1995-ci il parlament seçkilərində partiyanın poporsional seçki üzrə vahid namizədlər siyahısında beşinci sırada olmuşdur.[1] ADSP proporsional seçkilərdə 142 323 səs (ümumi səslərin 4%-i) toplayaraq 8%-lik səs həddini keçə bilməmiş, İnqilab Şəmiyev isə deputat seçilə bilməmişdir.[2]

Mükafatları

redaktə

"Lenin" ordeni, "Qırmızı Əmək Bayrağı" ordeni, "Oktyabr İnqilabı" ordeni və Ali Sovetin Fəxri Fərmanı, bir sıra medallara, o cümlədən Ümumiittifaq Xalq Təsərrüfatının Naliyyətləri Sərgisi (ÜXTNS)-nin qızıl və gümüş medalları ilə təltif olunmüşdur.

  1. ↑ modern.az. ""Bir səsvermə, üç bülleten": Azərbaycanın 29 il əvvəlki tarixi seçimi - FOTO". modern.az (az.). 2024-01-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-05.
  2. ↑ Dieter Nohlen, Florian Grotz & Christof Hartmann (2001) Elections in Asia: A data handbook, Volume I, p357 ISBN 0-19-924958-X
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=İnqilab_Şəmiyev&oldid=7757754"
LOVE.AZ