1917-1923-cü illər inqilabları — Rusiya inqilabının nailiyyətindən və Birinci Dünya müharibəsindən sonra yaranan iğtişaşlardan ilhamlanaraq dünya miqyasında baş vermiş olan siyasi iğtişaşları və silahlı üsyanları özündə cəmləşdirən inqilabi dalğa idi. Üsyanlar əsasən sosializm və ya anti-kolonializm xarakteri daşıyırdı. Bəzi sosialist üsyanları daimi sosialist dövlətləri yaratmağa nail ola bilməmişdir.[1] Bu inqilabların Almaniya imperiyasının dağılması, Avstriya-Macarıstanın parçalanması və Osmanlı imperiyasının bölünməsi kimi gələcəkdəki Avropa siyasi mənzərəsinin formalaşmasında uzunmüddətli təsirləri olmuşdur.[2]
İnqilablar | |
---|---|
Əsas münaqişə: Birinci Dünya müharibəsinə müxalifət və Birinci | |
![]() | |
Tarix | 8 mart 1917 - 24 iyul 1923 |
Yeri | Birinci növbədə Avropa və Asiya olmaqla bütün dünya |
Səbəbi | Birinci Dünya müharibəsi və Rusiya inqilabı |
Nəticəsi |
|
Birinci Dünya müharibəsi nəticəsində milyonlarla əsgər səfərbər edilmiş, siyasi qüvvələr yenidən formalaşdırılmış və ictimai qarışıqlıqlar meydana gəlmişdir. Qarışıqlıqlardan sonra birbaşa inqilablar baş vermiş, kütləvi tətillər meydana çıxmış və bir çox əsgər üsyan qaldırmışdır. Rusiya imperiyasının çarı olan II Nikolay Fevral inqilabı zamanı taxtdan əl çəkməli olmuşdur. Bundan sonra Rusiyada qısamüddətli liberal müvəqqəti hökumət yaradılmış, lakin bu hökumət də, Oktyabr inqilabı zamanı bolşeviklər tərəfindən devrilmiş və bunun nəticəsində də qanlı Rusiya vətəndaş müharibəsi baş vermişdir. 1917-ci ildə bir çox fransız əsgəri üsyan qaldırmış və düşmənlə döyüşməkdən imtina etmişdir. Bolqarıstan çarlığında bir çox əsgər üsyan etmiş və bunun nəticəsində Bolqar çarı istefa verməli olmuşdur. Avstriya-Macarıstanda kütləvi tətillər və üsyanlar baş vermiş və nəticədə Habsburq monarxiyası süqut etmişdir. Almaniya imperiyasında baş vermiş Noyabr inqilabı Almaniya imperiyasının süqutu ilə nəticələnmişdir. İtaliyada da, bir neçə kütləvi tətil baş vermişdir. İrlandiya parçalanmış və bunun nəticəsində Azad İrland dövləti yaradılmışdır. Bundan başqa dünya miqyasında digər etirazlar və iğtişaşlar da baş tutmuşdur.[3] Anadoluda Türkiyə dövlətinin yaranması ilə nəticələnmiş bir istiqlaliyyət müharibəsi baş vermişdir. İstiqlaliyyət müharibəsindən sonra Osmanlı sultanlığının ləğvi ilə Osmanlı sülaləsinin 623 illik hakimiyyətinə son qoyulmuşdur. 1923-cü il oktyabr ayının 29-da Türkiyədə islahatlarını həyata keçirən prezident Mustafa Kamal Atatürkün rəhbərliyi altında Respublika elan edilmişdir. Bunlar Anadoluda türk dövlətini, cəmiyyətini, iqtisadiyyatını və hökumətini tamamilə yeniləyən bir sıra inqilablar və siyasi proseslər idi.