. Love.az

Insan Beyninin Ancaq 10 Nin Islenmesi Haqqinda Mif - Wikipedia - Love.az

Ana Səhifə - Insan Beyninin Ancaq 10 Nin Islenmesi Haqqinda Mif
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var.
Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz.

İnsan beyninin ancaq 10%-nin işlənməsi haqqında mif – insan beyninin ancaq 10%-nin (başqa mənbələrdə hətta 2%, 7%, 5% və s.) iddia edən mif. Çox vaxt Albert Eynşteynə aid edilir. Hətta o fikir də var ki, insan öz beynini hansısa yollar vasitəsilə 10%-dan artıq işlədə bilər.

İntellekt həqiqətən də fərqli məşqlər ilə inkişaf etdirmək olar, lakin "insanlar ancaq beynin 10%-ni işlədir" fikri yanlışdır. Müasir araşdırmalar nəticəsində məlum olub ki, beynin hər bir hissəsi bir vəzifə yerinə yetirir və insan beyninin elə bir hissəsi tapılmıyıb ki, o işləməsin.

Maqnit rezonans tomoqrafiyası və pozitron-emission araşdırmalar nəticəsində təyin olmuşdur ki, hətta yuxu zamanında belə insan beyninin bütün hissələri müəyyən səviyyədə aktiv olur.

Mündəricat

  • 1 Tarixi
  • 2 Müasir mədəniyyətdə
    • 2.1 Əfsanə bu filmlərdə əsas kimi istifadə edilirdi:
  • 3 İstinadlar

Tarixi

redaktə

Bu əfsanənin mənşəyi Vilyam Ceymsin və Boris Sidisin işləri ola bilər. Onlar 1890-cı ildə uşağın sürətli inkişafı haqqında nəzəriyyəno Uilyam Jeyms üzərində test edirdilər və İQ nəticələr rekord səviyəyə çatdı – 250-300. Vilyam Ceyms özü bəyanət verirdi ki, insanlar öz beyninlərin tam işlətmirlər. 1936-cı ildə Deyl Karneqinin “Dostları necə qazanmaq və insanlara necə təsir etmək” kitabının başlığında amerikan yazıçı Louell Tomas yazmışdır ki, Professor Vilyam Ceyms deyir ki, insanlar beyinlərinin ancaq 10%-ni işlədir.

Müasir mədəniyyətdə

redaktə

Əfsanə bu filmlərdə əsas kimi istifadə edilirdi:

redaktə
  • Bədii film «Qaranlıq sahəsi».
  • Bədii film «Cadugərin dağı».
  • Bədii film «Lüsi».
  • Bədii film «Kərəntiçi».
  • Serial «Kayl XY».
  • Ayzek Azimovun «Biz xatırlamıyaq deyə».

İstinadlar

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=İnsan_beyninin_ancaq_10%25-nin_işlənməsi_haqqında_mif&oldid=8008917"
LOVE.AZ