İoann Qavalas (yun. Ἰωάννης Γαβαλᾶς, translit. Ioánnis Gavalás; bilinmir – 1250) — Bizans yunanı maqnat və Rodos adasının hökmdarı (hak. 1240–1248). O, 1248-ci ildə adanın nəzarətini Genuya Respublikasına itirmiş və ağalığını qəbul etmiş Nikeya imperiyasından kömək istəmişdir.[1][2] Nikeya qoşunları adanı fəth etmiş, lakin adanı öz əyalətinə çevirən nikeyalılar adanın nəzarətini İoanna qaytarmamışdır.[3]
İoann Qavalas | |
---|---|
yun. Ἰωάννης Γαβαλᾶς | |
![]() | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | bilinmir |
Vəfat tarixi | 1250 |
Fəaliyyəti | dövlət rəsmisi, hərbi qulluqçu |