İohannes Qrant və ya İohannis Qrandi[1] — 1453-cü ildə baş vermiş Konstantinopolun fəthi zamanı Bizans imperiyası tərəfindən qulluğa götürülmüş muzdlu əsgər. Müasir yunan və latın mənbələrində onun alman[2][3] olduğu qeyd edilsə də, Runciman onun həqiqətən Con Qrant (ing. John Grant) adlı bir şotland ola bilməsi haqqında fikir irəli sürmüşdür.[4] Görünür ki, o, mühasirə zamanı Bizansın köməyinə gəlmiş Genuya muzdlu kontingentinə, ehtimal ki, Covanni Custinianinin komandanlıq etdiyi dəstənin bir üzvü olmuşdur. Onun əks-mədən tunellərindən istifadə etməsi türklərin bu istiqamətdə zəifləməsinə və ya divarların altından tunellər qazaraq Konstantinopolu işğal etməsinə mane olmuşdur. O, çəlləkləri su ilə doldurur, dalğaları müşahidə edir və əsasən də xeyrosifon başda olmaqla yandırıcı silahlardan istifadə edərək Osmanlı tunellərini məhv edirdi.[5][6]