. Love.az

Ioseb Abakelia - Wikipedia - Love.az

Ana Səhifə - Ioseb Abakelia

İoseb Abakelia (ing. Ioseb Abakelia; 2 mart 1882, Kutaisi – 1938) — ftiziologiya üzrə ixtisaslaşmış ilk gürcü həkim və tibb alimi.

İoseb Abakelia
gürc. იოსებ აბაკელია
Doğum tarixi 2 mart 1882(1882-03-02)
Doğum yeri
  • Kutaisi, Kutaisi quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 1938
Təhsili
  • Moskva Dövlət Universiteti
Fəaliyyəti həkim

Bioqrafiyası

redaktə

Abakelia Kutaisidə anadan olub və Moskva Universitetində 1911-ci ildə tibb fakültəsini bitirib. 1910-cu illərdə vərəm xəstəliyini öyrəndi və 1921-ci ildə Abakelia vərəmlə bağlı ilk gürcü elmi araşdırmasını nəşr etdi. Bir il sonra Tbilisidə xəstəliyin öyrənilməsi üçün Gürcüstanda ilk laboratoriya qurdu. 1926-cı ildə Tiflis Dövlət Universitetində işinə davam etdi və 1930-cu ildə professor oldu. O, 1930-cu ildə ilk Gürcü Vərəmi Araşdırma İnstitutunu təsis etdi və 1938-ci ilədək Böyük Təmizləmə zamanı tutularaq edam edildiyinə (güllələndiyinə) qədər rəhbərlik etdi. Eyni zamanda qey etmək lazımdır ki, İoseb Abakelia Gürcüstanda məşhur heykəltaraş Tamar Abakelianın da əmisi idi.

İstinadlar

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=İoseb_Abakelia&oldid=7163119"
LOVE.AZ