. Love.az

Iosif Yesman - Wikipedia - Love.az

Ana Səhifə - Iosif Yesman

İosif Qavriloviç Yesman (1 dekabr 1868, Vileyka[d], Vilen quberniyası[d] – 30 iyun 1955, Bakı) — Hidravlika sahəsində görkəmli sovet alimi, Azərbaycan SSR EA-nın akademiki (1945), Əmək Qəhrəmanı (1937)[1][2], texnika elmləri doktoru (1933), professor (1933), Azərbaycan SSR Əməkdar elm xadimi (1927).[3]

İosif Yesman
Doğum tarixi 1 dekabr 1868(1868-12-01)
Doğum yeri
  • Vileyka[d], Vileyski qəzası[d], Vilen quberniyası[d], Rusiya imperiyası
Vəfat tarixi 30 iyun 1955(1955-06-30) (86 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Elm sahəsi hidravlika
Elmi dərəcəsi
  • texnika elmləri doktoru (1933)
Elmi adı
  • akademik (1945)
İş yeri
  • Tbilisi Dövlət Universiteti
Mükafatları "Lenin" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Qırmızı ulduz" ordeni "Qafqazın müdafiəsinə görə" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı Əmək Qəhrəmanı
Azərbaycan SSR əməkdar elm xadimi — 1929
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Həyatı
  • 2 Akademik fəaliyyəti
  • 3 Əmək fəaliyyəti
  • 4 Mükafatları
  • 5 İstinadlar

Həyatı

redaktə

İosif Yesman 1 dekabr 1868-ci ildə Belarusiyanın Vileyka şəhərində anadan olmuşdur. Ali təhsilini 1892-ci ildə Sant-Peterburq Texnoloji İnstitutunun Mexanika şöbəsində almışdır.[3]

Akademik fəaliyyəti

redaktə

İosif Yesman adyunkt elmi dərəcəsini 1913-cü ildə, elmlər doktoru elmi dərəcəsini və professor elmi adını 1933-cü ildə almışdır. Azərbaycan EA-nın ilk 15 təsisçisindən biri olan İosif Yesman 1945-ci ildə Azərbaycan SSR EA-nın fizika-texnika elmləri və neft bölməsi üzrə həqiqi üzvü (akademik) seçilmişdir.[3][4]

Yesmanın elmi işləri, əsasən, hidravlika və hidromaşınqayırmaya, porşenli və mərkəzdənqaşma nasoslarının nəzəriyyə və hesablamalarına həsr olunmuşdur. Bir çox SES-lərin layihələndirilməsində iştirak etmişdir. Elmi kadrların hazırlanmasında xidməti olmuşdur.[3]

Əmək fəaliyyəti

redaktə

İosif Yesman 1914-1917-ci ildə Peterburq Politexnik İnstitunda professor, dekan, 1919–1922-ci illərdə Vladiqafqaz Politexnik İnstitunun rektoru vəzifəsini icra etmişdir. 1922-1924-cü illərdə Azərbaycan Politexnik İnstitutunda professor, kafedra müdiri olmuşdur.[3]

1924-1953-cü illərdə "Azneft"in məsləhətçisi olan İosif Yesman 1926-1929-cu illərdə Azərbaycan SSR Dövlət Elmi Şurasının üzvü, 1928-ci ildə isə Azərbaycan Politexnik İnstitutunun rektoru kimi fəaliyyət göstərmişdir. 1928-1932-ci illərdə Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutunun üzvü, 1932-1935-ci illərdə SSRİ EA Zaqaf­qaziya filialının Azər­bay­can şöbəsinin sektorunun müdiri vəzifəsini icra etmişdir.[3]

İosif Yesman 1935-1945-ci illərdə SSRİ EA Azərbaycan filialın­da Energetika sek­to­runun müdiri, 1945–1955-ci illərdə Azərbaycan SSR EA-nın Energetika İnsti­tutunun direktoru,[5] 1945-1950-ci illərdə AEA Fizika-Texnika elmləri və Neft bölmə­sinin sədri vəzi­fələrində çalışmışdır.[3]

1943-cü ildə Yesmanın 75 illiyi və elmi-texniki fəaliyyətinin 50 illiyi ilə bağlı olaraq Azərbaycan SSR EA Energetika İnstitutuna onun adı verilmişdir.[6]

Mükafatları

redaktə

İosif Yesman 1953-cü ildə Lenin ordeni, 1941-ci ildə "Qırmızı əmək bayrağı" ordeni, "Qırmızı ulduz" ordeni və "Qafqazın müdafiəsinə görə", "1941–1945-ci illərdə Böyük Vətən müharibəsində əmək igidliyinə görə" medalları ilə təltif edilmişdir. Eyni zamanda 1927-ci ildə "Əməkdar elmi xadimi", 1937-ci ildə "Əmək qəhrəmanı" fəxri adlarına layiq görülmüşdür.[3]

İstinadlar

redaktə
  1. ↑ И. Г. Есьман. Библиография, Б., 1969. səh. 32
  2. ↑ "Arxivlənmiş surət". 2014-08-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2022-01-08.
  3. ↑ 1 2 3 4 5 6 7 8 "Yesman Iosif Qavriloviç" (Azərbaycan). science.gov.az. 18-09-2021 tarixində arxivləşdirilib.
  4. ↑ И. Г. Есьман. Библиография, Б., 1969. səh. 13–14
  5. ↑ Azərb. Sovet Ensiklopediyası, V cild, səh. 135
  6. ↑ И. Г. Есьман. Библиография, Б., 1969. səh. 13–14
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=İosif_Yesman&oldid=8068813"
LOVE.AZ