İqbal Vamiq oğlu Məmmədəliyev (23 sentyabr 1978, Bakı) — Azərbaycan kino rejissoru və prodüseri.
İqbal Məmmədəliyev | |
---|---|
İqbal Vamiq oğlu Məmmədəliyev | |
![]() | |
Doğum tarixi | (46 yaş) |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Milliyyəti | azərbaycanlı |
Vətəndaşlığı |
![]() ![]() |
Atası | Vamiq Məmmədəliyev |
Fəaliyyəti |
rejissor prodüser |
Fəaliyyət illəri | 1996–h.h. |
Təhsili |
ADMİUnun Teatr və kino sənəti fakültəsi (bakalavriatura) ADMİUnun Teatrşünaslıq fakültəsi (magistratura) |
İstiqamət |
televiziya kino |
Mükafatları | |
IMDb | ID5884273 |
![]() |
İqbal Məmmədəliyev 23 sentyabr 1978-ci ildə Bakıda anadan olub.[1] 1985–1995-ci illərdə 113 saylı orta məktəbdə oxuyub. 1989–1994-cü illərdə 10 saylı musiqi məktəbində tar sinfini bitirib.[2] 1996–2000-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq ixtisası üzrə teatr və kino sənəti fakültəsini[1], 2002-ci ildə isə teatrşünaslıq üzrə magistraturasını bitirib.
Ailəlidir, dörd övladı var. Tarzən Vamiq Məmmədəliyevin oğlu, rejissor Salam Məmmədəliyevin qardaşıdır.
1996–1998-ci illərdə Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkəti, "Gənclik və İdman" baş redaksiyasında ştatdankənar müəllif kimi fəaliyyətə başlayıb.[2] 1998–2000-ci illərdə "Soy" şirkətində rejissor vəzifəsində çalışıb, 2000–2004-cü illərdə Media Holdinq şirkətinin Lider televiziyasında[1] rejissor kimi fəaliyyətini davam etdirərək 5 televiziya layihəsinin, 200-dən çox müxtəlif səpkili televiziya verilişlərinin, eləcə də konsert, tamaşa və canlı yayımların rejissoru və 60-dan çox sənədli filmin müəllifi olub.
2002–2004-cü illərdə Azərbaycan Kinematoqrafçılar Birliyində bir çox filmləri nümayiş olunaraq peşəkar tənqidçilər tərəfindən müzakirəyə çıxarılıb. 2003-cü ildən Azərbaycan Kinorejissorlar Gildiyasının üzvüdür.[2] 2003-cü ildə ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin aspirantı kimi "Kinoda montaj strukturu" mövzusunu tədqiq edir. 2004-cü ildə "Salnamə" sənədli filmlər studiyasına dəvət olunub və bir neçə sənədli filmin rejissoru və montaj rejissoru olub.[2] 2005-ci ilin iyun ayında yenicə fəaliyyətə başlayan İctimai Televiziya və Radio Yayımları Şirkətinə dəvət alıb. Telekanalın bədii-estetik dizaynı ilə məşğul olsa da musiqi xadimləri haqqında bir neçə film-portret də çəkib. 2006-cı ilin noyabrında yenidən Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin "Salnamə" sənədli filmlər studiyasına dəvət olunub. 2006-cı ilin dekabrında aspiranturanı əla qiymətlərlə bitirib. 2008-ci ildən MDB Kinematoqrafçılar İttifaqının və Baltikyanı ölkələr Kinematoqrafçılar Konfederasiyasının üzvüdür.
2009-cu ildən Yevlax şəhərində fəaliyyət göstərən YevlaxTV MMC-nin ELTV brendi kimi yayımlanan televiziyasının baş direktorudur.[1] 2016-cı ildə "Aranfilm" yaradıcılıq Mərkəzini yaradıb. İndiyə kimi telekanalın özünəməxsus simasının formalaşmasında idarəetmədən savayı rejissor bilgilərini də kollektivdən əsirgəmir. 2022-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Audiovizual sənətlər kafedrasının müəllimi kimi televiziya rejissorluğu fənnini tədris edir və yeni kadrların yetişməsi üçün kurs rəhbəri kimi pedaqoji fəaliyyətlə də məşğul olur.
Rejissor kimi
Montaj üzrə rejissor kimi
Prodüser kimi
Mətn oxuduğu film
Ssenari müəllifi kimi
Layihə rəhbəri kimi