. Love.az

Iqrar Ceferov - Wikipedia - Love.az

Ana Səhifə - Iqrar Ceferov

İqrar Cəfərov (İqrar İsa oğlu Cəfərov;) — Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman işçisi, Dövlət qulluqçusu, gənclər və idman sahələri üzrə mütəxəssis,[1]

İqrar Cəfərov
İqrar İsa oğlu Cəfərov
Doğum tarixi 13 iyun 1966 (58 yaş)
Doğum yeri Astara rayonu
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Fəaliyyəti Dövlət qulluqçusu
Fəaliyyət illəri 1994 - halhazırda
Mükafatları Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman işçisi
"Tərəqqi" medalı — 20022002

Mündəricat

  • 1 Həyat və fəaliyyəti
  • 2 Mükafatları
  • 3 İstinadlar
  • 4 Xarici keçidlər

Həyat və fəaliyyəti

redaktə

İqrar Cəfərov 13 iyun 1966-cı ildə Astara rayonuunda anadan olub.[1]

Astara Rayon Gənclər və İdman İdarəsinin əvvəllər rəis müavini, hal-hazırda Lənkəran-Astara Regional idarəsinin Astara rayonu üzrə gənclər və idman sektorunun baş məsləhtçisi olan İqrar İsa oğlu Cəfərov 30 ildən çoxdur gənclərlə iş, bədən tərbiyəsi və idmanın idarəetmə sahəsində dövlət qulluğunda çalışır, I dərəcəli dövlət qulluqçusudur. Astara Rayon Gənclər və İdman İdarəsi yarandığı gündən 1994-cü ildən baş məsləhətçi (11.12.1994–01.11.1996), sonra isə rəis müavini vəzifəsində (01.11.1996–2023), 05.07.2023-cü il tarixdən bugünədək Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Astara rayonu üzrə sektorunun baş məsləhətçisi kimi fəaliyyət göstərir. "Şahin", "Cəsurlar", "Sərhəd", "Vətənin Müdafiəsinə Hazıram", "Gənc xilasedici və yanğınsöndürən" hərbi-idman oyunlarının və müxtəlif idman növləri üzrə yarışların rayon, respublika zona və final mərhələlərinin təşkili, komandaların hazırlığı, yarışlarda iştirakı və yüksək nəticələr qazanmasında xüsusi əməyi olmuş, fəaliyyəti dövründə rayon idmançıları Azərbaycan birinciliyi və çempionatları, Avropa və Dünya birinciliklərinin mükafatçısı və qalibi adlarını qazanıblar. Astara rayonu Yeniyetmələrin Respublika Oyunlarında 8 idman növləri üzrə ümumi zaçot hesabında 1998-ci il IV yerə, 2000-ci il I yerə, 2002-ci il I yerə, 2004-cü il VIII yerə, 2006-cı il VI yerə nail olmuşdur. Sərbəst güləş üzrə Cəbrayıl Həsənov, Elçin Həmidov, Əliabbas Rzazadə, Musa Ağayev, Atletika üzrə Fikrət Qafarov, Rəşad Əliyev, Aysun Rzayeva, Boks üzrə Nurlan Məmmədov, Fərid Əsədullayev, Zaur Qəhrəmanov, Məhəmmədəli Qasımzadə, Budo Döyüş Növü üzrə Ramiq Rəhmanov, Əli Məmmədov, MMA üzrə Zamin Baxşiyev, Kunq-fu üzrə Qoşqar Əliyev, Alpaqut Döyüş Sənəti üzrə Ağadədə Əliyev və s Avropa və Dünya birinciliklərinin, Beynəlxalq turnir və Dünya Kuboku yarışlarının qalibləri və mükafatçıları olublar. I Avropa Oyunlarına həsr olunmuş "Məşəl proqramı" və IV İslam Həmrəyliyi Oyunlarına həsr olunmuş "Su səyahəti proqramı" üzrə rayonda keçirilən festival və silsilə tədbirlər, Cüdo üzrə XXXV Beynəlxalq turnir, Ağırlıqqaldırma üzrə "Zirvə" Beynəlxalq İdman Klubunun IX Dünya Kuboku, Şahmat üzrə Respublika Olimpiadası və turnirləri və digər mötəbər yarışların Astara rayonunda təşkilində fəal iştirak ediblər.[1]

İdmanın inkişafındakı xidmətlərinə görə İqrar Cəfərov 2021-ci ildə Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi fəxri adına adına layiq görülüb[1] və 23 dekabr 2024-cü il tarixdə "Tərəqqi" medalı ilə təltif olunub.

Mükafatları

redaktə
 
 
  • 11 mart 2021-ildə Azərbaycan Respublikası "Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi" fəxri adı[1]
  • 23 dekabr 2024-cü il tarixli Sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif olunub.

[2]

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 4 5 ASTARADA "FƏXRİ BƏDƏN TƏRBİYƏSİ VƏ İDMAN İŞÇİSİ" FƏXRİ ADI TƏQDİM OLUNDU
  2. ↑ Azərbaycan Respublikası idmançılarının və idman mütəxəssislərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Xarici keçidlər

redaktə
  • ASTARADA "FƏXRİ BƏDƏN TƏRBİYƏSİ VƏ İDMAN İŞÇİSİ" FƏXRİ ADI TƏQDİM OLUNDU
  • Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=İqrar_Cəfərov&oldid=8163941"
LOVE.AZ