Staqnasiya (ing. stagnation) — İqtisadiyyatda uzunmüddətli sürünən iqtisadi artımı ifadəsi. Adətən yüksək işsizliklə müşayiət olunur. Beləliklə, ÜDM-dəki artımın sürətinin gözləniləndən çox aşağı olması iqtisadi durğunluğu, yəni depressiya vəziyyətini şərtləndirir[1]. Staqnasiya ilə resessiya ən çox qarışdırılan terminlər sırasında öndədir. Staqnasiya, uzun müddətli, önəmsiz yaxud sıfıra yaxın iqtisadi artımı ifadə etidiyi halda, resesiya bütövlükdə iqtisadi kiçilmə mənasına gəlir.[2]
İqtisadi staqnasiya — iqtisadiyyatın uzun müddət ərzində çox aşağı və ya sıfır artım tempi ilə fəaliyyət göstərməsi, iqtisadi durğunluq vəziyyətidir. Staqnasiya dövrlərində iqtisadi fəaliyyət zəif olur, işsizlik yüksək səviyyədə qalır və ümumi həyat səviyyəsi yaxşılaşmır. İqtisadi staqnasiya, inflyasiya, deflyasiya və ya normal qiymət səviyyələri ilə müşahidə oluna bilər, lakin əsas xüsusiyyəti iqtisadi aktivliyin çox zəif olmasıdır[3].
Staqnasiya vəziyyətini şərtləndirən amillər sırasında iqtisadi şoklar, iqtisadi struktur problemləri və s. vardır. Bütövlükdə iqtisadiyyatda yaxud spesifik bir iqtisadi və ya biznes tsikilində meydana çıxa bilər.[1]
Staqnasiya bir proses kimi iqtisadi rifah halına çox ciddi təsir edir[9] və inflasiya ilə birləşməsi halında staqflyasiya halının meydana çıxmasına rəvac verir.[2]
Elvin Hansenin təqdim etdiyi sekulyar staqnasiya nəzəriyyəsi, iqtisadi durğunluğun daimi xarakter alacağını və uzunmüddətli struktur problemlərdən qaynaqlandığını iddia edir. Hansenə görə, inkişaf etmiş ölkələrdə əhali artımının azalması və azalan investisiyalar iqtisadi artımın yavaşlamasına və iqtisadiyyatın uzun müddət zəif vəziyyətdə qalmasına səbəb ola bilər[14][15].
Nəticə olaraq, iqtisadi staqnasiya, iqtisadi böyümənin zəif olduğu və ya olmadığı bir vəziyyətdir və uzun müddət davam etdikdə cəmiyyətlərdə dərin iqtisadi və sosial problemlərə gətirib çıxara bilər[16].