. Love.az

Irci Qazaq - Wikipedia - Love.az

Ana Səhifə - Irci Qazaq

İrçi Qazaq (qum. Йирчы Къазакъ; 1830 - 1879) — qumuq şairi.

Mündəricat

  • 1 Həyatı
  • 2 İstinadlar
  • 3 Həmçinin bax
  • 4 Xarici keçidlər

Həyatı

redaktə

Qazaq Tatarxan oğlu Yırçı (1830, Tarkovsk qəzasının Müslüm (indiki Atlan) kəndi-1879). Doğum və ölüm ili dəqiq bəlli olmayan Qazaq gözəl yırlar-şeirlər söylədiyinə görə xalq arasında Yırçı Kazak kimi tanınmışdır (Azərbaycanda bu şairin adı İrçi Kazak, rus qaynaqlarında Kazak kimi yazılır.[1]

Doğulduğu bölgədə xarakterik olan bir “işdə” - qız qaçır­ma­da (gəncliyində dostuna sevdiyi qızı qaçırmasına kömək edib­miş) iştirak etdiyinə görə həbs edilib Sibirə sürgünə göndərilir. Sibirdə olarkən vətən həsrətli, nisgilli və zəmanəsindən, mə­mur­ların özbaşınalığından, haqsızlıqdan, ədalətsizlikdən bəhs edən şeirlər yazmışdır. Vətənə döndükdən sonra da yazı üslu­buna sadiq qalmışdır. Onun şeirləri arasında aşiqanə, lirik nəğ­mələr olsa da, yaradıcılığının əsasını zəmanədən şikayət, düş­mənlərinin ona etdikləri pisliklər, məmurların isə haqsızlıqlara göz yummalarının tənqidi təşkil edir. Gözəl şeirləri ilə xalqının qəlbini ovsunlayan şairi düşmənləri, təxminən, 1879-cu ildə öl­dürtdürürlər.[2]

Yırçı Kazakın ağrılı-acılı ömür yolu və zəmanədən narazılıq dolu şeirləri Sovet ideoloqlarının işinə yarayır. Hətta rəsmi və ciddi nəşr sayılan ensiklopediyalarda onun haqqında “...qumuq ədəbiyyatının banisi. Aşiqanə və fəlsəfi didaktik şeirlər yaz­mış­dır. Feodal sarayında kəniz olan sevgilisini qaçırmaqda dos­tuna kömək etdiyi üçün Sibirə sürgün edilmişdir... Sür­gün­dən qayıtdıqdan sonra bəyləri və knyazları ifşa edən şeirlər yazmışdır” kimi bilgi verilir.[3]

Qumuq ədəbiyyatşünaslarının Yırçı Kazakın yaradıcılığına daha çox önəm vermələrinə səbəb orada haqsızlığa, zülmə, əda­lətsizliyə etiraz, insanları düzlüyə, doğruluğa, xeyirxahlığa, yardımsevərliyə çağırış notlarının güclü olmasıdır. Sovet döv­ründə tərbiyə almış ədəbiyyatşünaslar buna bir sinfi mübarizə motivi kimi baxmağa çalışmışlar.

Əslində Yırçı Kazak sinfi mübarizədən uzaq, cəmiyyətdəki nöqsanları, ayrı-ayrı adamların pis əməllərini kəskin tənqid edən, beləliklə, insanları tərbiyələndirməyə çalışan bir sənət­kardır. Çox vaxt Yırçı Kazakla Mahammat apendi Osmanovu qarşı-qarşıya qoymuşlar.

İstinadlar

redaktə
  1. ↑ ASE, III cild, səh. 301 və IV cild, səh. 526.
  2. ↑ Kazak Yırçı, 2001, ASE, 1980:526, 4-cü cild.
  3. ↑ ASE, 1980: 526, 4-cü cild.

Həmçinin bax

redaktə

Xarici keçidlər

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=İrçi_Qazaq&oldid=6996295"
LOVE.AZ