İrəvan dialekti — Azərbaycan dilinin mərkəzi Ermənistanda danışılan[1] qərb dialekti.[2] Məmmədağa Şirəliyevə görə, İrəvan dialektinin formalaşması XVIII əsrə, Azərbaycan xanlıqlarının yarandığı vaxta təsadüf edir.[3]
Almaniya filoloqu Gerhard Dörferin fikrincə, İrəvan dialekti Naxçıvan və Ordubad dialektləri ilə yanaşı Azərbaycan dilinin cənub qrupuna daxildir.[2] Azərbaycanlı filoloq Məmmədağa Şirəliyev də bunu cənub qrupuna aid edir və bu qrupa Təbriz dialektini də əlavə edir.[4][5] Sovet filoloqu Ninel Hacıyeva Şirəliyevlə həmfikirdir.[6] İsveç filoloqu Lars Yohansson və azərbaycanlı filoloq Elbrus Əzizov Azərbaycan dilinin dialektlərinin təsnifatında İrəvan dialektini qeyd etmirlər..[7][8]
İrəvan dialekti aşağıdakı xüsusiyyətlərə malikdir:[9]