İradə Əlili (tam adı: İradə Zülfəli qızı Əliyeva; 20 aprel 1964, Azərbaycan) — Azərbaycan mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, informasiya və sənəd menecmenti sahəsini tədris edən müəllimə, ictimaiyyətçi, Peşəyönümlü Təhsilin İnkişafına Dəstək İctimai Birliyinin sədri, Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Rəsul Rza" mükafatı laureatı, Prezident təqaüdçüsü.
İradə Əlili | |
---|---|
![]() | |
Digər adı | İradə Əliyeva |
Doğum tarixi | (61 yaş) |
Doğum yeri | Sabirabad, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
![]() ![]() |
Milliyyəti | azərbaycanlı |
İxtisası | kitabxanaçılıq |
Təhsili | |
Fəaliyyəti | mədəniyyət işçisi, jurnalist |
Mükafatları |
1964-cü il 20 apreldə Sabirabad rayonunda anadan olub. Uşaqlığının və gəncliyinin bir hissəsi Azərbaycanın Sumqayıt şəhərində keçib. 1981-ci ildə Sabirabad rayonu 1 saylı orta məktəbi bitirdikdən sonra 1984-cü ildə Bakı Mədəni-Maarif Texnikumunun kitabxanaçılıq fakültəsinə daxil olmuş və 1986-cı ildə fərqlənmə diplomu ilə bitirmişdi. Daha sonra 1988-ci il Bakı Dövlət Universitetinin kitabxanaçılıq-informasiya fakültəsinə daxil olmuş, 1994-cü ildə ali məktəbi bitirmişdir. Tarix üzrə fəlsəfə doktorudur.[1]
İradə Əlili Rusiya, Türkiyə və s. ölkələrdə konfranslarda iştirak etmişdir. Həm kitabxanaçı, həm də bu sahəni tədris edən müəllimədir. Bakı Dövlət Universitetinin kitabxanaçılıq-informasiya fakültəsinində müəllimə, Mədəniyyət Nazirliyinin mədəniyyət işçilərinin ixtisas artirma kursunda müəllimə işləmişdir. AMEA-nin dissertantı "Müasir dövrdə Azərbaycanda ekoloji problemlərin biblioqrafik informasiya təminatı" mövzusunda araşdırmaçıdır[2].
Hal-hazırda Respublika Elmi Tibb Kitabxanasında kitabsaxlayici şöbəsinin müdiri və həmkarlar komitəsinin sədridir. Əlili Azərbaycan Jurnalistlər Birliyinin üzvü və Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Peşəyönümlü Təhsilin İnkişafına Dəstək İctimai Birliyinin (PTİYİB) sədridir. 2020-ci ildə PTİYİB tərəfindən hazırlanmış "Gələcək müəllimlərin məktəbdə peşəyönümü işinin təşkilinə hazırlanması üzrə onlayn maarifləndirici tədbirlərin təşkili" layihəsinin rəhbəri olmuşdur. İradə Əlilinin öz müallifi olduğu və öz maliyyəsi hesabına 2020–2021-ci illəri əhatə edən "Təhsildən peşəyə" layihəsi həyata keçirmişdir. "Simurq" Mədəniyyət Assosiasiyasının prezidentinin köməkçisi işləmişdir.2023-cü ildə Ailə,Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi tərəfindən keçirilən Azərbaycan Qadınlarının VI Qurultayına katibliyin redaksiya heyətinə üzv seçilmişdir.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə reallaşan layihələrdə iştirakıː
"Günəş" uşaq jurnalı və "Savalan" uşaq qəzetində məqalələri çıxır. 40-dan çox elmi məqalə və tezis müəllifidir. İctimai mühitdə fəaldır və televiziya verilişlərində ekspert qismində iştirak edir. 20 kitab müəllifidir.