İradə Mehtiqulu qızı Hüseynova (19 aprel 1963, Bakı) — Azərbaycanlı tarixçi alim, tarix elmləri doktoru (2003), professor (2005), Azərbaycan Respublikası təhsil nazirinin müavini (2002-2011), Bakı Dövlət Universitetinin Tarix fakültəsinin Qafqaz xalqları tarixi kafedrasının müdiri (2011- Hal-hazıradək)
İradə Hüseynova (tarixçi-alim) | |
---|---|
![]() | |
7 avqust 2002 – 11 sentyabr 2011 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 19 aprel 1963(1963-04-19) (62 yaş) |
Doğum yeri | |
Partiya | |
Fəaliyyəti | alim |
Elmi fəaliyyəti | |
Elmi dərəcəsi | tarix elmləri doktoru |
Elmi adı | professor |
İradə Hüseynova 19 aprel 1963-cü ildə Bakı şəhərində anadan olub. 1980-ci ildə Bakı şəhərinin 8 saylı orta məktəbini əla qiymətlərlə bitirmişdir. 1980-ci ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinin əyani şöbəsinə daxil olmuş 1985-ci ildə fərqlənmə diplomu ilə bitirmişdir.
1981-ci ildən Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinin əyani şöbəsinin II kursunda oxuyarkən, əmək fəaliyyətinə başlamış, universitetin həmkarlar təşkilatının ştat üzrə sədr müavini vəzifəsinə seçilmiş, 1981–1989-cu illərdə bu vəzifədə çalışmışdır. Elmi-pedaqoji fəaliyyətini davam etdirmək üçün Elmi Şuranın qərarı və Təhsil Nazirliyinin təyinatı ilə universitetdə saxlanılmışdır. 1982–1987-ci illərdə Azərbaycan SSR həmkarlar ittifaqının XVI, XVII və SSRİ Həmkarlar İttifaqının XVII, XVIII qurultaylarının nümayəndəsi, SSRİ Həmkarlar İttifaqının Mərkəzi Təftiş komissiyasının, rəyasət heyətinin üzvü olmuş, həmin dövrdə Azərbaycanı İttifaq səviyyəsində təmsil etmişdir. Namizədlik və doktorluq dissertasiyalarını müdafiə etmişdir.
İradə Hüseynova Heydər Əliyev haqqında "Müstəqil Azərbaycan dövlətinin yaranması və möhkəmləndirilməsində Heydər Əliyevin rolu" adlı ilk doktorluq dissertasiyasının müəllifidir. Bu doktorluq dissertasiyasının müdafiəsi ilə elmin yeni istiqaməti – Əliyevşünaslıq elminin əsası qoyulmuşdur. O, Heydər Əliyevin dövlətçilik və siyasi fəaliyyətinə həsr edilmiş bir sıra elmi monoqrafiyaların və dərsliklərin müəllifidir. İradə Hüseynova Azərbaycan elmini və təhsilini ABŞ, İtaliya, Fransa, Kanada, İsveç, İsveçrə, Rumıniya, Bolqarıstan, Rusiya, Türkiyə, Gürcüstan, Türkmənistan, Belarus, İsrail və s. ölkələrdə keçirilmiş bir çox beynəlxalq elmi simpozium və konfranslarda təmsil etmiş, orada məruzələrlə çıxışlar etmişdir. Məruzələri həmçinin nüfuzlu elmi dərgilərdə dərc olunmuşdur.