. Love.az

Iranin Ali Rehberi - Wikipedia - Love.az

Ana Səhifə - Iranin Ali Rehberi

İran İslam Respublikasının Ali Rəhbəri (fars. رهبر جمهوری اسلامی ایران) və ya qeyri-rəsmi olaraq İslam İnqilabının Böyük Rəhbəri (fars. رهبر معظم انقلاب اسلامی), Ali Rəhbərlik Orqanı (fars. مقام معظم رهبری), Fəqih (fars. فقیه) — İran İslam Respublikasının dövlət başçısı.

İran İslam Respublikasının Ali Rəhbəri
fars. رهبر جمهوری اسلامی ایران‎

Vəzifədədir
Əli Xamenei

4 iyun 1989-cu ildən
Başçılıq edir İran
Rəsmi iqamətgahı İran Ali Rəhbərinin Ofisi, Tehran
Səlahiyyət müddəti Ömürlük
Vəzifənin təsis tarixi 3 dekabr 1979
Vəzifədə birinci Ruhullah Xomeyni
Təyinat Ekspertlər Məclisi
Rəsmi saytı İran İslam Respublikasının Ali Rəhbərinin Rəsmi Saytı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İran Ali Rəhbərinin referendum təyin etmək; xalq seçimlərində seçilən prezidentin prezidentliyini təsdiq etmək; müharibə və sülh elan etmək və qüvvələri səfərbər etmək; Silahlı Qüvvələrin Ali Baş Komandanı; məhkəmə hakimiyyətinin başçısını təyin etmək; radio və televiziya qurumunun başçısını təyin etmək kimi səlahiyyətləri vardır.[1] Beləliklə, silahlı qüvvələr, məhkəmə sistemi, dövlət radio və televiziya və digər əsas hökumət təşkilatları Ali Rəhbərin idarəsi altındadır. İranın hal-hazırkı Ali Rəhbəri Əli Xamenei fərmanlar imzalayır və xarici siyasət, iqtisadiyyat, təhsil, ətraf mühit, mili layihələşdirilmə və bu kimi önəmli səhələrdə son qərarı verir.

Mündəricat

  • 1 Ali Rəhbərlərin siyahısı
  • 2 Həmçinin bax
  • 3 İstinadlar
  • 4 Xarici keçidlər

Ali Rəhbərlərin siyahısı

redaktə
Əli XameneiRuhullah Xomeyni
№ Ali İdarəetmə Portret Adı
Azərbaycanca
Farsca
İmza
Həyat dövrü Doğulduğu yer Qeydlər
1 3 dekabr 1979
– 3 iyun 1989
  Ayətullah əl-üzma Ruhullah Xomeyni
سیدروح‌الله خمینی
 
22 sentyabr 1902 – 3 iyun 1989 (86 yaş) Xomeyn, Mərkəzi ostanı 1979-cu il İran İslam İnqilabının rəhbəri,
İran İslam Respublikasının qurucusu
2 4 iyun 1989
– h.h.
  Ayətullah əl-üzma Seyid Əli Xamenei
سیدعلی خامنه‌ای
 
19 aprel 1939 (85 yaş)[2] Məşhəd, Rəzavi Xorasan ostanı 1981–1989-cu illərdə Ruhullah Xomeyninin ölümünə qədər İran prezidenti olaraq xidmət göstərmişdir.

Həmçinin bax

redaktə
  • İranın dövlət quruluşu
  • İran prezidentlərinin siyahısı

İstinadlar

redaktə
  1. ↑ İran İR Konstitusiyası - maddə 110
  2. ↑ "Detailed biography of Ayatollah Khamenei, Leader of Islamic Revolution". 23 sentyabr 2013. 2016-04-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-09.

Xarici keçidlər

redaktə
  Vikianbarda İranın Ali Rəhbəri ilə əlaqəli mediafayllar var.
  • leader.ir — Ali Rəhbər Kabinetinin rəsmi saytı
  • İran konstitusiyası
  • WorldStatesmen – İran
  • İran Seçki Arxivi – Ali Rəhbər Arxivləşdirilib 2011-07-22 at the Wayback Machine
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=İranın_Ali_Rəhbəri&oldid=8070684"
LOVE.AZ