. Love.az

Iran Israil Proksi Munaqisesi - Wikipedia - Love.az

Ana Səhifə - Iran Israil Proksi Munaqisesi

İsrail–İran proksi münaqişəsi İran və İsrail arasında 1985-ci ildən bəri davam edən proksi münaqişəsidir.[1] İsrail-Livan münaqişəsində İran Livan şiə milislərini, Hizbullahı, İsrail-Fələstin münaqişəsində isə HƏMAS kimi Fələstin qruplarını dəstəkləyib. İsrail İran Xalq Mücahidləri Təşkilatı kimi iranlı üsyançıları dəstəkləyib, Suriyadakı İran müttəfiqlərinə qarşı hava hücumları təşkil edib və İranın nüvə alimlərinə sui-qəsd təşkil edib. 2018-ci ildə İsrail qüvvələri Suriyadakı İran qüvvələrinə birbaşa hücum etdi.[2]

İran-İsrail proksi münaqişəsi
Tarix 16 fevral 1985 - davam edir
Yeri
  • Orta Şərq
Münaqişə tərəfləri

 İran

 İsrail

1979-cu il İslam inqilabından sonra İran İzrail ilə əlaqələri kəsdi, lakin gizli əlaqələr sonrakı İran-İraq müharibəsi zamanı davam etdi. İran 1982-ci ildə İsrailin Livana təcavüzünə müqavimət göstərmək üçün Hizbullahı öyrətdi və silahlandırdı. İsrailin Cənubi Livanı işğalı zamanı şiə milislərini dəstəkləməyə davam etdi.

Hələ 1979-cu ildən əvvəl İran islamçıları fələstinliləri maddi cəhətdən dəstəkləmişdilər; 1979-cu ildən sonra İran Fələstin Azadlıq Təşkilatı, daha sonra isə Fələstin İslami Cihadı və HƏMAS ilə əlaqələrə cəhd etdi. İsrail 2006-cı ildə Hizbullahla müharibə aparıb. İsrail Qəzza zolağı və ətrafında 2008–2009, 2012, 2014, 2021 və 2023-cü ildən bəri fələstinlilərlə bir neçə müharibə aparıb.[3]

İstinadlar

redaktə
  1. ↑ Ahmari, Sohrab. "Iran Around Tel Aviv: An Iranian Writer Travels the Jewish State as the Cold War Between Israel and Iran Gets Hot". Tablet. 9 March 2012. 2 July 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 May 2019.
  2. ↑ Holmes, Oliver; Dehghan, Saeed Kamali. "Fears grow as Israel and Iran edge closer to conflict". The Guardian. 10 May 2018. 27 March 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 May 2019. Israel and Iran have been urged to step back from the brink after their most serious direct confrontation, with Israeli missiles being fired over war-torn Syria in a "wide-scale" retaliatory attack many fear could drag the foes into a spiralling war.
  3. ↑ Times, International New York. "Gaza deaths surpass any Arab loss in wars with Israel in past 40 years". Deccan Herald (ingilis). İstifadə tarixi: 2024-01-27.

Həmçinin bax

redaktə
  • İran–Səudiyyə Ərəbistanı proksi münaqişəsi
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=İran–İsrail_proksi_münaqişəsi&oldid=8174796"
LOVE.AZ