İran Kazak diviziyası —Qacarlar dövlətində ruslar, mühacir qafqazlılar tərəfindən yaradılmış hərbi birləşmə. 1879-cu ildən 1916-cı ilədək briqada. 1916-cı ildən 1920-ci ilədək diviziya.
Nasirəddin şah Qacar hakimiyyəti dövründə xarici dövlətlərə, o cümlədən Rusiyaya verilmis imtiyazlardan biri də İranda Kazak diviziyasının təskili barədə olan imtiyaz idi. Bu divizyanın təskili ideyası sahın 1878-ci il Avropaya 2-ci səfəri zamanı aparılmıs danısıqlar nəticəsində yaranmıs, 1921-ci ilədək fəaliyyət gostərmisdir. 1879-cu ildə rus polkovniki Aleksey Domantovicin bascılığı ilə zabitlərdən ibarət olan bir heyət Tehrana gəldi və beləliklə tərkibi əsasən İranda muhacirətdə olan insanlardan ibarət 850 nəfərlik atlı rus kazak diviziyası yaradıldı. Bu muhacirlər kimlər idi? II Rusiya-İran muharibəsi 1828-ci ildə bağlanmıs Türkmənçay müqaviləsi ilə basa catdıqda Rusiya tərəfindən zəbt olunmus Guzey Azərbaycanı səhərlərinin sakinləri arasında dini birliyi əsas amil hesab edərək, həm də İran ordusunda Rusiyaya qarşı vuruşduqlarını düşünərək İran torpağında qalmağı münasib hesab edənlər burada mühacir olmağı qərara aldılar[1].