İran İslam Respublikası Mülki Aviasiya Təşkilatı (Abr: CAO.IRI[1], fars. سازمان هواپیمایی کشوری جمهوری اسلامی ایران[2]) — İranın mülki aviasiya agentliyidir. İranda mülki aviasiyanın bütün aspektlərinə nəzarət edən və tənzimləyən qanuni bir şirkətdir. Təşkilat 1946-cı ilin iyulunda qurulmuşdur və mərkəzi Tehrandakı Mehrabad Beynəlxalq Hava Limanında yerləşir.[2] İrandakı aviasiya qəzalarını və hadisələrini tədqiq edib öyrənir.[3]. Şirkətin baş icraçı direktoru Ali Abedzadehdir.[4] İran İslam Respublikası Mülki Aviasiya Təşkilatı, aviasiya infrastrukturunun inkişafı və beynəlxalq standartların yüksəldilməsi istiqamətində ICAO kimi qlobal təşkilatlarla sıx əməkdaşlıq edir.[5]
İran Mülki Aviasiya Təşkilatı | |
---|---|
Yaranma tarixi | 1946 |
Mərkəzi | |
cao.ir/Portal/Home/Defau… |
3 iyul 2020-ci ilədək qəza tədqiqat heyətinin rəhbəri Həsən Rzaeifar idi, o Kanadada bir doktorant olan PS752 qurbanının əri ilə ərinin Xamenei rejimini tənqid edən Instagram yazılarını sildirmək ümidi ilə əlaqə qurmuş və buna görə də onu işindən azad etmişdirlər. Ralph Goodale, telefon danışığının “çirkin bir davranış” olduğunu bildirərkən,[6] Global Affairs Canada isə “Kanada vətəndaşlarına müdaxilənin tamamilə qəbuledilməz, çox narahatedici olduğunu və bunun dözülməz olduğunu bildirmiş, həmçinin Kanada hökumətinin Kanadalıları, xüsusən də sevdiklərini itirənləri kimlərinsə nəyəsə məcburetmə və ya təzyiq göstərmə cəhdlərini pisləmişdir.[6]
CAOIRI-nin vəzifələri aşağıdakı kimidir: