. Love.az

Iran Silahli Quvvelerinin Bas Qerargahi - Wikipedia - Love.az

Ana Səhifə - Iran Silahli Quvvelerinin Bas Qerargahi
Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir.
Lütfən, etibarlı mənbələr əlavə etməklə məqaləni təkmilləşdirməyə kömək edin. Qərəz yaradan mənbəsiz hissələr müzakirəsiz silinə bilər.

İran Silahlı Qüvvələrinin Baş Qərargahı — İran Ordusu ilə İslam İnqilabı Keşikçiləri Korpusu, həmçinin polis komandanlığı və Müdafiə Nazirliyi arasında koordinasiyaya cavabdeh olan İran Silahlı Qüvvələrinin ən yüksək hərbi qurumudur.

Tarixi

redaktə

Silahlı Qüvvələrin Baş Qərargahı İran Silahlı Qüvvələrinin ən yüksək hərbi orqanıdır. Bu qərargah ordu, İnqilab Keşikçiləri və hüquq-mühafizə komandanlığı daxil olmaqla, quru, dəniz və hava qoşunlarını, İranın bütün silahlı qüvvələrində siyasətin hazırlanması, nəzarəti və kontrolu üçün cavabdehdir. İ. İ. R.-nın Konstitusiyasının 110-cu maddəsinə əsasən, Silahlı Qüvvələrin Baş Qərargah rəisini birbaşa Ali Baş Komandan kimi İslam Respublikasının ali dini rəhbəri təyin edir.

Rəhbərləri

redaktə

Silahlı Qüvvələrin Baş Qərargah rəisini birbaşa İranın Ali Baş Komandan vəzifəsi daşıyan rəhbəri təyin edir.

  • Mir Hüseyn Musəvi
  • Seyid Həsən Firuzabadi
  • Məhəmməd Baqiri
  • Abdolrahim Mousavi (2025-)
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=İran_Silahlı_Qüvvələrinin_Baş_Qərargahı&oldid=8173730"
LOVE.AZ