İran kürdləri (kürd. Kurdên Îranê/کورد لە ئێران,[5] fars. کردها در ایران)[6] — kürd əsilli iranlılar. Kürd dili onların ana dilidir. Kürdlər İranda etnik farslardan və azərbaycanlılardan sonra üçüncü ən böyük etnik qrupdur.[7] MKİ illik kitabında verilən məlumata görə, onlar ölkə əhalisinin təxminən 5[8]-10%-ni və ya 7%-ni[9][10] təşkil edir.[11][12][13]
İran kürdləri | |
---|---|
![]() | |
Sayları və yaşadığı ərazilər | |
Dili | Kürd, gorani, fars |
Dini |
Şiə İslam (On iki imam)[1][2] Sünni İslam (Şəfilik)[3] (Sufizm və Qadiriyyə də mövcuddur)[4] Yarsanizm |
İran Kürdüstanı və ya Şərqi Kürdüstan İranın şimal-qərbində kürdlərin yaşadığı ərazinin qeyri-rəsmi adıdır. Region İraq və Türkiyə ilə həmsərhəddir.[14] Regiona Kürdüstan, Kirmanşah, Qərbi Azərbaycan, İlam və Həmədan ostanları daxildir. Kürdlər ümumiyyətlə İran Kürdüstanını daha böyük Kürdüstan bölgəsinin dörd hissəsindən biri hesab edirlər. Bölgənin digər hissələrinə Türkiyənin cənub-şərqi, Suriyanın şimalı və İraqın şimal əraziləri də daxildir.[15][16][17][18][19] Bundan başqa, İlam ostanının cənub bölgələrində lurlar yaşayır.[20] Kürdlər Qərbi Azərbaycanın qalan hissəsində əhalinin 21%-ni təşkil edir.[21]
Kürdlərin ümumi sayı İran əhalisinin 5-10%-ni təşkil edir.[11][12][13] Bəzi mənbələr İrandakı kürdlərin əksəriyyətinin şiə müsəlmanlar olduğunu göstərir.[22][23][24]Bunun tərsinə bəzi mənbələr isə İran kürdlərinin çoxluğunun sünni olduğunu irəli sürüblər.[25] Şiə kürdlər Kirmanşah və İlam ostanlarında, Kürdüstan, Həmədan və Şimali Xorasan ostanlarının bəzi ərazilərində yaşayırlar.[26][27] İran İslam İnqilabı zamanı əsas kürd siyasi partiyaları kürdlərin siyasi muxtariyyəti məsələsini qaldırmağa çalışsalar da, bu təşəbbüs etnik kürdlərin böyük hissəsi tərəfindən dəstəklənməmişdir.[28][29][30] Buna baxmayaraq, 1990-cı illərdən etibarən kürdlərin yaşadığı bölgələrdə milliyətçilik yüksəlməyə başlamışdır.[31]
Most Iranian Kurds are Shi’a (of Twelver Shi’ism).