. Love.az

Iran Yasemeni - Wikipedia - Love.az

Ana Səhifə - Iran Yasemeni
Bu məqaləyə hansısa kateqoriya əlavə edilməmişdir. Məqaləyə kateqoriyalar əlavə edərək töhfə verə bilərsiz.
İran yasəməni
Elmi təsnifat
XƏTA: latin parametri doldurulmayıb.
Beynəlxalq elmi adı
XƏTA HAQQINDA MƏLUMAT
Bu parametr doldurulmayıb: latin
Vikianbarın loqotipi
Şəklin VikiAnbarda
axtarışı

Mündəricat

  • 1 Ümumi yayılması
  • 2 Azərbaycanda yayılması
  • 3 Statusu
  • 4 Bitdiyi yer
  • 5 Təbii ehtiyatı
  • 6 Becərilməsi
  • 7 Bioloji xüsusiyyətləri
  • 8 Çoxalması
  • 9 Təbii ehtiyatının dəyişilməsi səbəbləri
  • 10 Becərilməsi
  • 11 Qəbul edilmiş qoruma tədbirləri
  • 12 Zəruri qoruma tədbirləri
  • 13 Məlumat mənbələri
  • 14 Ədəbiyyat

Ümumi yayılması

redaktə

Qafqazda (Ermənistan) təbii arealı vardır.

Azərbaycanda yayılması

redaktə

Zəngilanda (Mülk, Daştun kəndləri) və Had-rutda təbii halda yayılmışdır.

Statusu

redaktə

Azərbaycanın nadir bitki növüdür. CR B1ab(i,ii,iii,iv).

Bitdiyi yer

redaktə

Enliyarpaqlı meşələrin kənarında rast gəlinir.

Təbii ehtiyatı

redaktə

Arealı geniş deyildir.

Becərilməsi

redaktə

Azərbaycanda təbii ehtiyatı məlum səbəblərdən dəqiq təyin edilməmişdir.

Bioloji xüsusiyyətləri

redaktə

Iran yasəməninin hündürlüyü birdən iki metrədək olan, şaxələnmiş budaqlı koldur. Cavan budaqları zəif tükcüklüdür. Daha iri budaqları boz və ya qonur rəngli, sallaq, nazikdir. Yarpaqları dərivari, hamar, bütöv, uzunluğu 2-4 sm-dir. Xırda yarpaqları enli-lansetvari və ya ensiz-oval formalı, eni 1 sm-ədək, bünövrəsində daralmış, yuxarısında ucu bizdir. Çiçək qrupları çoxləçəkli olub, yuxarı yan tumurcuqlardan inkişaf edir. Uzunluğu 5-10 sm, eni 5-7,5 sm, yumurtavari, şaxələnmiş nazik oxludur. Yan çiçək qrupları budaqlardan qısadır. Çiçəkləri ağ-bə¬növ¬şəyi və ya ağ rəngli, ətirlidir. Kasacığın uzunluğu təxminən 2 mm, meyvələrində iki hissəyə bölünmüşdür. Kasacığı hissələri enli-üçküncdür. Çiçək tacının borucuğu silindrik və ya zəif qıfşəkilli, uzunluğu təxminən 1 sm, çiçək tacının hissələri enli-oval və ya oval-lansetvari formalı, ucu bizdir. Meyvəsi-dörd hissəli, uclarında ensiz qanadlı, uzunluğu 1 sm-dək, diametri 0,3 sm, tünd narıncı, yuxarı hissəsində küt və ya bəzən bizdir. İran yasəməninin çiçəkləməsi mayda başlayır və iyuna qədər davam edir. İyulda-avqustda meyvə verir.

Çoxalması

redaktə

Generativ və vegetativ yolla çoxalır.

Təbii ehtiyatının dəyişilməsi səbəbləri

redaktə

Başlıca olaraq insan fəaliyyətidir.

Becərilməsi

redaktə

Mədəni halda Nəbatat bağlarında park və bağlarda becərilir.

Qəbul edilmiş qoruma tədbirləri

redaktə

Qəbul edilmiş qoruma tədbiri yoxdur.

Zəruri qoruma tədbirləri

redaktə

Azərbaycanın Qırmızı Kitabı”na daxil edilməsi zəruridir.

Məlumat mənbələri

redaktə
  • Tofiq Məmmədov, Elman İsgəndər, Tariyel Talıbov. Azərbaycanın nadir ağac və kol bitkiləri. Bakı: Elm, 2014, 380 səh.

http://dendrologiya.az/?page_id=112 Arxivləşdirilib 2019-11-17 at the Wayback Machine

Ədəbiyyat

redaktə
  • Деревья и кустарники. СССР. т. 5. 1960;
  • Флора Азербайджана т.7. 1957;
  • Azərbaycanın ağac və kolları. III cild. 1970;
  • Azərbaycanın “Qırmızı” və “Yaşıl kitabları”na tövsiyə olunan bitki və bitki formasiyaları. 1996; *Azərbaycan florasının konspekti. I-III cildlər. 2005; 2006; 2008.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=İran_yasəməni&oldid=6924201"
LOVE.AZ