. Love.az

Iranda Kurdlerin Usyani 1979 - Wikipedia - Love.az

Ana Səhifə - Iranda Kurdlerin Usyani 1979
Bu məqaləyə hansısa kateqoriya əlavə edilməmişdir. Məqaləyə kateqoriyalar əlavə edərək töhfə verə bilərsiz.
Bu məqaləni vikiləşdirmək lazımdır.
Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin.

Üsyan Dövrü

redaktə

18-Mart 1979-cu il-31 -dekabr 1982-ci illəri əhatə edən üsyan. Hökumət birlikləri ilə üsyançılar arasında ilk toqquşma 18–21 mart aralığında Sənəndəcdə baş verimiş və iki yüzə qədər insanın həlak olması ilə nəticələnmişdir. Eyni il avqustun 16-da 2000-ə yaxın kürd üsyançı Kirmanşah əyalətində yerləşən Pavə şəhristanını tutur. Hökumət birlikləri avqustun 18-də 380-kürd və 18-əsgərin ölümü ilə nəticələnən toqquşmada üsyanı yatırmağa nail olurlar. 19–21-avqust tarixlərində 29-kürd dövlət tərəfindən edam edilir. Hökumət birlikləri avqustun 20-də Mahabadı mühasirəyə alır. 3-Sentyabr 1979-cu ildə hökumət qüvvələri 500-nəfərin öldüyü toqquşmadan sonra şəhərdə nəzarəti yenidən ələ keçirir. 22–26-Avqust tarixlərində hökumət qüvvələri ilə üsyançılar arasında yenidən toqquşma yaşanır, 28-avqustda isə 19-kürd dövlət tərəfindən edam edilir, 26-avqustda kürd üsyançılar Sərdəştdə 4-dövlət əsgərini qətlə yetirmişdi. 27-Avqust 1979-cu ildə Sənəndəcdə 11-kürd üsyançı edam edilir. Hökumət qüvvələri 1979-cu il 5-sentyabrda Sərdəşti ələ keçirir. 8-oktyabr 1979-cu ildə kürd üsyançılar Sərdəşt yaxınlığında 52-əsgəri öldürürlər. 10-Oktyabrda kürd üsyançılar Dezavar və Hani Garmelehi, 20-oktyabrda isə Mahabadı yenidən ələ keçirirlər. Hökumət qüvvələri 1980-ci ilin aprelində üsyançılara qarşı hücum təşkil edir ki, bu da 1000-kürd və 50-əsgərin ölümü ilə nəticələnir. 1981-ci ildə İKDP Əbülhəsən Banisədrin başçılıq etdiyi NCRİ-yə qoşuldu. 1981-ci ilin noyabrında hökumət qüvvələləri ilə üsyançılar arasında baş verən toqquşma 400-nəfərin ölümü ilə nəticələndi.1982-ci ildə hökumət qüvvələri ilə üsyançılar arasında Mahabadda, Bukanda, Saqqızda və Sənəndəcdə 45-nəfərin ölümü ilə nəticələnən toqquşmalar oldu. 1982-ci il iyunun 26-da kürd üsyançılarının hökumət qüvvələrinə qarşı hücumu 60-üsyançı və 4-əsgərin ölümü ilə nəticələndi. 21–22 avqust 1982-ci ildəki toqquşmada isə 90-əsgər həlak oldu. Hökumət qüvvələri ilə üsyançılar arasında 1982-ci ilin sentyabrında baş vermiş toqquşmada 320-ə yaxın əsgər həlak oldu. İKDP, üsyanı 1982-ci il dekabrında sonlandı. 10.000-dən çox insan öldürüldü və edam edildi, 200.000-ə yaxın insan isə məcburi köçkün vəziyyətinə düşdü .

Üsyandan Sonrakı Dövr

redaktə

İKDP 1985-ci ildə NCRİ-dən qovuldu. Partiya başçısı Əbdül Rəhman Qasımlı 1989-cu il iyulun 13-də Vyanada İran agentlərinin sui-qəsdinə məruz qaldı. 1989-cu il oktyabrda üsyançılar və hökumət qüvvələri arasında toqquşma yaşandı və 172-əsgərin ölümü ilə nəticələndi. Kürd üsyançılar 1990-cı ildə 1-aprel-31-avqust tarixləri arasında yenidən hökumət qüvvələri ilə toqquşdular. Bu toqquşmalarda 300-ə qədər əsgər həlak oldu. İKDP-nin 7-üzvü 1991-ci il yanvarın 14-də dövlət tərəfindən edam edildi. Sadiq Şərəfkəndi İKD -nin lideri və üç üzvü 17-sentyabr 1992-ci ildə Berlində suiqəsdə qurban getdi. İran qüvvələri 15-noyabr 1993-cü ildə İraq Kürdüstanında avtomobil bombaladılar və bunun nəticəsində beş İKDP üzvü həlak oldu. Qafur Həmzeyi-İKDP partiya lideri 4-avqust 1994-cü ildə Bağdadda İran agentləri tərəfindən öldürüldü. İKDP üsyançıları 17-avqust 1994-cü ildə on beş İran İnqilab Keşikçisini qətlə yetirdilər. Hökumət qüvvələri 1994-cü il oktyabrın 11-də bir neçə kürd kəndinə qarşı hərbi hücum təşkil etdilər. İKDP üsyançıları 1995-ci il 4-dekabrda Qərbi İranda 15-əsgər öldürdülər, 1996-cı il iyulun 29-u isə hökumət qüvvələri həmin bölgədə iyirmi İKDP üzvünü öldürdü ki, bu da 2000-ə yaxın İran kürdünün məcburi köçürülməsinə səbəb oldu. 1983-cü ilin yanvarından 2004-cü ilin martına qədər bir neçə min insan bu hadisələrlə əlaqədar öldürüldü və edam edildi.[1]

İstinadlar

redaktə
  1. ↑ "Arxivlənmiş surət". 2016-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-09.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=İranda_kürdlərin_üsyanı_(1979)&oldid=7998290"
LOVE.AZ