İsaak Manuel Fransisko Albeniz (isp. Isaac Manuel Francisco Albéniz; 29 may 1860[2][1][…], Kamprodon[d][3][4][…] – 18 may 1909[2][1][…], Kambo-le-Ben[d][5][1][…]) — İspaniya bəstəkarı və pianoçusu. Yeni ispan musiqisinin banisi hesab edilir.
İsaak Albeniz | |
---|---|
isp. Isaac Albéniz[1] | |
![]() | |
Doğum adı | Isaac Manuel Francisco Albéniz y Pascual |
Doğum tarixi | 29 may 1860(1860-05-29)[2][1][…] |
Doğum yeri | |
Vəfat tarixi | 18 may 1909(1909-05-18)[2][1][…] (48 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | Nefrit (xəstəlik) |
Dəfn yeri |
|
Təhsili |
|
Fəaliyyəti | klassik pianoçu[d], bəstəkar, dirijor, virtuoz, pianoçu |
Janrlar | opera[6], Sardana |
Mükafatları |
![]() |
![]() |
İsaak Manuel Fransisko Albeniz 29 may 1860-cı ildə İspaniyada, Kataloniyanın Kamprodon şəhərində anadan olmuşdur. Fransua-Ogüst Gevart, Fridrix List və başqalarından dərs almışdır. Avropa və Amerikanın bir çox ölkəsində konsertlər vermişdir. Fortepiano əsərləri Albenizin yaradıcılığında əhəmiyyətli yer tutur. Bu əsərlərdə o, xalq mahnı-rəqs janrından geniş istifadə etmiş, xalq musiqi elementləri ilə müasir bəstəkarlıq texnikasının vəhdətinə nail olmuşdur. Albeniz xalq musiqi alətlərinin, xüsusilə gitaranın səs effektini fortepianoda əks etdirməklə fortepianonun səs palitrasını yeni ifadə vasitələri ilə zənginləşdirmişdir. "Henri Klifford" (1895), "Kral Artur" (1897–1906) və s. operaların bir çox simfonik süita, romans və başqa əsərlərin müəllifidir. 18 may 1909-cu ildə Fransanın Kambo-le-Ben şəhərində vəfat etmişdir.[7]
Vikianbarda İsaak Albeniz ilə əlaqəli mediafayllar var. |