. Love.az

Isanin Goye Yukselisi - Wikipedia - Love.az

Ana Səhifə - Isanin Goye Yukselisi

İsanın göyə yüksəlməsi[1] və ya İsanın meracı (lat. Ascensio Domini) — Xristianlıqda İsanın Allah ilə birləşməsi və ya Allahın yanına qayıtması hadisəsidir. Bu hadisə, Pasxadan 39 gün sonra və Pasxa orucundan isə 40 gün sonra qeyd edilir. Buna görə də bayram hər zaman cümə axşamı günü keçirilir. Bayramın tarixi ən erkən 30 aprel, ən gec isə 3 iyul tarixlərində qeyd olunur.

İsanın göyə yüksəlişi, Benvenuto Tisi, 1520

Xristian inancına görə, İsanın göyə yüksəlişi, İsanın öldükdən üç gün sonra dirildiyi və bir çox insanlara göründükdən sonra, 40-cı gündə həvarilərə görünüb, Allahın yanına, göyə yüksəlməsi vəziyyətidir.

İsanın meracı bayramının tətil günü olmadığı ölkələrdə, bayram növbəti bazar günü qeyd edilir.

Mündəricat

  • 1 Tarixi
  • 2 Katolik liturgiyası
  • 3 İstinadlar
  • 4 Həmçinin bax

Tarixi

redaktə

Eqeriyanın izahına görə, dördüncü əsrin sonunda Yerusəlimdə yaşayan xristianlar, Pasxa dövrünün son günündə hələ də İsanın Göyə Yüksəlişi Bayramını və Pentikost (Müqəddəs Ruhun göndərilməsi) Bayramını bərabər qeyd edirdilər.

IV əsrdən etibarən isə xüsusi bir gündə İsanın Göyə Yüksəlişi Bayramının qeyd edilməyə başlandığı müşahidə edilir. Bu seçilmiş gün, Pasxadan tam olaraq 40 gün sonra idi. "Müqəddəs" 40 rəqəminin əsas əhəmiyyətinə əlavə olaraq, xristianların Pasxadan 40 gün sonra İsanın Göyə Yüksəlişi Bayramını qeyd etməyi seçmələrinin digər səbəbi isə, Elçilərin işləri kitabının 1-ci fəslinin 3-cü ayəsində belə yazılmasıdır: "İsa, ölüm əzabını çəkdikdən sonra bir çox inandırıcı sübutlarla həvarilərə yenidən dirildiyini nümayiş etdirir. Qırx gün müddətində onlara görünərək Allahın hökmranlığı haqqında danışır."

Katolik liturgiyası

redaktə

Katolik liturgiyasında, İsanın Göyə Yüksəlişi Bayramının mənası həm İsanın dönüşünü, həm də xristian cəmiyyətindəki daimi varlığını vurğulayır. İsanın cənnətə yüksəlişi həm insanların, həm də İsanın ucaldılması olaraq qəbul edilir.

İstinadlar

redaktə
  1. ↑ Peter Klein. The Catholic Source Book (İngilis). Harcourt Religion Publishers. 2000. 88-89. ISBN 0-15-950653-0.

Həmçinin bax

redaktə
  • İsanın çarmıxa çəkilməsi
  • İsanın dirilməsi
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=İsanın_göyə_yüksəlişi&oldid=8091150"
LOVE.AZ