İsfahan Ulu Məscidi və ya İsfahan Cümə Məscidi (fars. مسجد جامع اصفهان, Rom: Məscid-e-Jāmeh İsfahān) — İranın İsfahan əyalətindəki bir Cümə məscididir. 771-ci ildən XX əsrin sonlarına qədər davam edən inşaat, yenidənqurma, əlavə və təmir işləri nəticəsində məscid hazırkı formasını almışdır. İsfahanın örtülü bazarı, məscidin cənub-qərbində yerləşir. 2012-ci ildə UNESCO tərəfindən Dünya Mirası Siyahısı elan edilmişdir.
Cümə məscidi | |
---|---|
مسجد جامع اصفهان | |
![]() | |
![]() | |
32°40′11″ şm. e. 51°41′07″ ş. u.HGYO | |
Ölkə | |
Üslubu | Böyük Səlcuq memarlığı[3], Səfəvi memarlığı[d][3] |
Sahəsi |
|
Material | kərpic[3][4], kaşı[3][4] |
Rəsmi sayt | isfahanjamehmosque.com |
![]() |
Əməvilər sülaləsi dövründə tikilən bu məscidin sütunlarından birinin şəxsən Şamda xəlifə tərəfindən tikdirildiyi barədə İsfahanda şayiələr mövcuddur. Məscid olmamışdan əvvəl Zərdüştlər üçün ibadət evi olduğu deyilir.
Vikianbarda Cümə məscidi ilə əlaqəli mediafayllar var. |