. Love.az

Isgenderli Semkir - Wikipedia - Love.az

Ana Səhifə - Isgenderli Semkir
Bu adın digər istifadə formaları üçün bax: İsgəndərli.

İsgəndərli — Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd.

İsgəndərli
39°45′36″ şm. e. 47°45′32″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Tarixi və coğrafiyası
Saat qurşağı
  • UTC+04:00
Xəritəni göstər/gizlə
İsgəndərli xəritədə
İsgəndərli
İsgəndərli

Mündəricat

  • 1 Tarixi
  • 2 Toponimikası
  • 3 Tarixi
  • 4 Coğrafiyası və iqlimi
  • 5 İqtisadiyyatı
  • 6 İstinadlar
  • 7 Həmçinin bax

Tarixi

redaktə

Azərbaycan Respublikası Milli Məclisinin 26 iyul 1994-cü il tarixli, 868 saylı Qərarı ilə Şəmkir rayonunun Təzəkənd inzibati ərazi vahidinin tərkibindəki yeni yaşayış məntəqəsi İsgəndərli kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri siyahısına daxil edilmişdir.[1]

"Azərbaycan Respublikasının Qazax, Qəbələ, Zərdab, Neftçala, Samux və Şəmkir rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında" 14 iyul 1998-ci il tarixli 524-IQ nömrəli Qanunla[2] ilə Şəmkir rayonunun Təzəkənd kənd inzibati ərazi vahidi tərkibindəki İsgəndərli kəndi Kür qəsəbə inzibati ərazi vahidi tabeliyinə verilmişdir.

" Azərbaycan Respublikasının bəzi rayonlarının inzibati-ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında" 5 oktyabr 1999-cu il tarixli 708-IQ nömrəli Qanunla[3] Şəmkir rayonunun İsgəndərli kəndi Kür qəsəbə inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla İsgəndərli kənd inzibati-ərazi vahidi yaradılmışdır.

Toponimikası

redaktə

İnqilabdan əvvəl Cənubi Azərbaycanın Qaradağ və Meşkin əyalətindən gələrək ətraf kəndlərdə rəncbərlik edən əhaliyə 1925-ci ildə kənd salmaq üçün mülkədar Qasımın yeri adlanan ərazidə torpaq sahəsi verilmişdi. Yaşayış məntəqəsi Sovet hakimiyyəti illərində V.İ.Leninin Şərəfinə Leninabad adlanırdı. 1994-cu ildən kəndin adı İsgəndərli kimi rəsmiləşdirilmişdir.[4]

Tarixi

redaktə

Coğrafiyası və iqlimi

redaktə

Kənd Gəncə-Qazax düzənliyində yerləşir.

İqtisadiyyatı

redaktə

Əsas təsərrüfatı heyvandarlıq və əkinçilikdir.

İstinadlar

redaktə
  1. ↑ "Azərbaycan Respublikasının bəzi rayonlarının inzibati-ərazi bölgüsündə qismən dəyişiklik edilməsi, yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi və qeydə alınması haqqında Azərbaycan Respublikası Milli Məclisinin 26 iyul 1994-cü il tarixli, 868 saylı Qərarı". 2022-08-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-26.
  2. ↑ Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). İstifadə tarixi: 2025-05-13.
  3. ↑ Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). İstifadə tarixi: 2025-05-13.
  4. ↑ İsgəndərli (Şəmkir) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.

Həmçinin bax

redaktə
Şəmkir rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=İsgəndərli_(Şəmkir)&oldid=8132315"
LOVE.AZ