. Love.az

Islam Kerimov - Wikipedia - Love.az

Ana Səhifə - Islam Kerimov
Vikipediyada bu soyadlı müxtəlif adamlar haqqında məqalələr var, bax: Kərimov.

İslam Əbdülqəniyeviç Kərimov (özb. Islom Abdugʻaniyevich Karimov, Ислом Абдуғаниевич Каримов; 30 yanvar 1938[1][2][…], Səmərqənd[1] – 2 sentyabr 2016[3][1][…], Daşkənd[1]) — Özbəkistan Respublikasının 1-ci Prezidenti (1990–2016).

İslam Kərimov
özb. Islom Abdugʻaniyevich Karimov
özb. Ислом Абдуғаниевич Каримов
Özbəkistan Respublikasının Prezidenti
1 sentyabr 1991 – 2 sentyabr 2016
Əvvəlkivəzifə təsis edilib
SonrakıNiqmatilla Yoldaşov[d] (i. e.)
Şəxsi məlumatlar
Doğum tarixi 30 yanvar 1938(1938-01-30)[1][2][…]
Doğum yeri
  • Səmərqənd, Səmərqənd vilayəti, Özbəkistan SSR, SSRİ[1]
Vəfat tarixi 2 sentyabr 2016(2016-09-02)[3][1][…] (78 yaşında)
Vəfat yeri
  • Daşkənd, Özbəkistan[1]
Vəfat səbəbi beyin qansızması[d]
Dəfn yeri
  • Həzrət-Hızr məscidi[d]
Partiya
  • Özbəkistan Kommunist Partiyası[d],
  • Sovet İttifaqı Kommunist Partiyası
Təhsili
  • Daşkənd Dövlət Texniki Universiteti[d]
Fəaliyyəti siyasətçi, dövlət xadimi
Uşaqları
  • Gülnarə Kərimova,
  • Lalə Kərimova
Dini Əhlis-Sünnə
Hərbi xidmət
Qoşun növü Özbəkistan Silahlı Qüvvələri
Döyüşlər
  • Tacikistan Vətəndaş Müharibəsi
Elmi fəaliyyəti
Elm sahəsi siyasətçi
Elmi dərəcəsi
  • iqtisad elmləri namizədi[d]

Təltifləri Özbəkistan Qəhrəmanı
Collar of the Spanish Order of the Civil Merit (İspaniya) — 2003 "Qızıl runo" ordeni (Gürcüstan) "Qırmızı əmək bayrağı" ordeni "Xalqlar dostluğu" ordeni "Etiraf" xaçı (Latviya) Order of the Three Stars, 1st Class (Latviya) 1-ci dərəcəli "Knyaz Yaroslav Mudrı" ordeni (Ukrayna) "Stara Planina" ordeni (Bolqarıstan) "Qızıl qartal" ordeni (Qazaxıstan) "Xidmətlərə görə" ordeninin böyük xaçı (Polşa) Grand Cross with collar of the Order of Vytautas the Great (Litva) "İtaliya qarşısında xidmətlərə görə" ordeninin lentli böyük cəngavərlik xaçı "Müstəqillik" ordeni (Özbəkistan) "Böyük xidmətlərə görə" ordeni (Özbəkistan) "Dostluq" ordeni (Özbəkistan) Grand Order of Mugunghwa (Cənubi Koreya) "Serbiya Respublikası" ordeni Ukrayna Prezidentinin fəxri fərqlənmə nişanı
"Şəfəq" ordeni (Gürcüstan) 1-ci dərəcəli "Müqəddəs mömin Moskva knyazı Daniil" ordeni adlı atıcı silah (Ukrayna)
İmzanın şəkli
fondkarimov.uz
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Həyatı
    • 1.1 Ölümü
  • 2 Xarici münasibətləri
  • 3 İstinadlar
  • 4 Ədəbiyyat

Həyatı

redaktə

İslam Kərimov 1938-ci il yanvarın 30-da Özbəkistan Respublikasının Səmərqənd şəhərində anadan olub. Atası özbək, anası tacikdir. 1941-ci ildə uşaq evinə verilən İslam Kərimov bir ildən sonra yenidən ailəsinə qayıdır, lakin 1945-ci ildə yenidən uşaq evinin əbədi qonağı olur. Orta məktəbi bitirdikdən sonra Daşkənddə Orta Asiya Politexnik institutuna qəbul olur. 1960-cı ildə Kərimov mühəndis-mexanik ixsisası ilə universitet təhsilini başa vurur.

Universiteti bitirdiyi il "Taşselmaş" zavodunda usta köməkçisi kimi işləməyə başlayır. 1961–1966-cı illərdə "Çkalov" adına Daşkənd aviasiya istehsalat birliyində mühəndis, konstruktor və aparıcı mühəndis-konstruktor işləyir.

1967-ci ildə o, Daşkənd institutunu bitirərək iqtisadçı ixtisasına yiyələnir.[4] 1983-cü ildə onu Özbəkistan SSR-in maliyyə naziri təyin edirlər. 1986-cı ildə Özbək SSR Nazirlər Şurasının sədr müavini və respublikanın Dövlət Plan Komitəsinin sədri seçilir. 1986-cı ildə Özbək SSR Nazirlər Şurasının sədr müavini və respublikanın Dövlət Plan Komitəsinin sədri seçilir. 1986–1989-cu illərdə Kərimov Kommunist Partiyasının Kaşkadarinskaya vilayət komitəsinin birinci katibi işləyir. O, keçmiş SSRİ-də Özbəkistan Kommunist Partiyasının I katibi (1989–1991) olub. Onu prezident olaraq Özbəkistan SSR-in Ali Soverti 1990-cı ilin 24 martında seçmişdi. 1990-cı ildən ölkənin prezidenti idi. İslam Kərimov sovetlər dövrü ilə birlikdə Özbəkistana 28 il rəhbərlik etmişdir.

Ölümü

redaktə

İslam Kərimov avqustun 27-də qəfildən vəziyyəti pisləşmiş və xəstəxanaya yerləşdirilmişdir. Qızı Lola Kərimova atasının beyin qanaması keçirdiyini bildirmişdi. Bütün səylərə baxmayaraq, vəziyyəti yaxşılaşmayan İslam Kərimov 2 sentyabrda vəfat etmişdir. Onun ölümü ilə əlaqədar matəm elan olunmuş, bir çox dövlət və hökumət nümayəndələrinin iştirakı ilə təşkil olunan dəfn mərasimi ilə Səmərqənddə dəfn edilmişdir.

Xarici münasibətləri

redaktə

İslam Kərimovun xarici siyasəti izolasionist sayılır.[5]

=== Azərbaycanla münasibəti[mənbə göstərilməlidir] ===

Məqalənin bu bölməsinin neytrallığı şübhə doğurur.
Tərəf tutmaq və ya pisləmək məqsədi daşıyan və doğruluğu sübut edilməyən fikirlər olduğu iddia edilir.
Xahiş olunur bu məsələ ilə əlaqədar müzakirələrdə iştirak edəsiniz.

İslam Kərimov siyasi fəaliyyəti dövründə yürütdüyü xarici siyasət kursunda isə Azərbaycan üçün maraqlı bir məqam daha diqqətçəkici olmuşdur. MDB-də yeganə ölkə idi ki, Ermənistanla heç bir iqtisadi, siyasi, mədəni münasibət qurmamışdır. Heç bir vaxt bir-birlərinə rəsmi səfər də etməmişdirlər. İndiyə qədər də Özbəkistanın İrəvanda Ermənistanın isə Daşkənddə səfirliyi fəaliyyət göstərmir.

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 4 5 6 7 8 http://www.nytimes.com/2016/09/03/world/asia/uzbekistan-islam-karimov-obituary.html.
  2. ↑ 1 2 Islam Karimow // Brockhauz Ensiklopediyası (alm.).
  3. ↑ 1 2 https://www.whitehouse.gov/the-press-office/2016/09/02/statement-president-death-president-islom-karimov-uzbekistan-0.
  4. ↑ "Arxivlənmiş surət". 2023-02-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-03.
  5. ↑ Lillis, Joanna. "Uzbekistan: The Life and Legacy of Islam Karimov". EurasiaNet. 2016-09-02. 2016-09-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-09-06.

Ədəbiyyat

redaktə
  • İslam Kərimov. Yüksək mənəviyyat-yenilməz güc. "Oskar" NRM, Bakı, 168 səh.,2010.
  Vikianbarda İslam Kərimov ilə əlaqəli mediafayllar var.
Siyasətçi haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=İslam_Kərimov&oldid=8152518"
LOVE.AZ