İslam İsrafil oğlu Mustafayev (22 noyabr 1951, Puşkin rayonu) — Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü (2014), kimya elmləri doktoru, professor, [1] Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Radiasiya Problemləri İnstitutunun baş direktoru.[2]
İslam Mustafayev | |
---|---|
Mustafayev İslam İsrafil oğlu | |
Doğum tarixi | 22 noyabr 1951(1951-11-22) (73 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı |
![]() ![]() |
Milliyyəti | azərbaycanlı |
Elm sahəsi | kimya |
Elmi dərəcəsi | |
Elmi adı | |
Təhsili |
İslam Mustafayev 22 noyabr 1951-ci ildə Biləsuvar rayonunda anadan olmuşdur. Azərbaycan Dövlət Universitetini bitirmişdir. ABŞ-də və Macarıstanda elmi ixtisasartırma və mübadilə proqramlarında iştirak etmişdir.
350 elmi əsəri, 11 kitabı çapdan çıxmışdır. 50-dən çox beynəlxalq layihənin müəllifidir. 200-dən çox elmi əsəri xaricdə çap edilmişdir.
14 müəlliflik şəhadətnaməsi və 4 patenti var. 1978-ci ildə Moskvada namizədlik, 1991-ci ildə Leninqradda doktorluq dissertasiyaları müdafiə etmişdir. 1996-cı ildə professor elmi adı almışdır. 2014-cü ildə AMEA-nın müxbir üzvü seçilmişdir. "Tərəqqi" medalı və AMEA Rəyasət heyətinin fəxri fərmanları (2002, 2005, 2012, 2022) ilə təltif olunub.
Hazırda Radiasiya Problemləri İnstitutunda Baş Direktor vəzifəsində çalışır. İnstitutun elmi Şurasının və "Nüvə kimyası" ixtisası üzrə müdafiə şurasının sədridir. 2016-cı ildən Azərbaycan Memarlıq və İnşaat Universitetinin "Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi" kafedrasının müdiridir. 1996-cı ildən "Ruzgar" Ekoloji İctimai Birliyinin sədridir. Dünyanın 40-dan çox ölkəsində (Türkiyə, ABŞ, Fransa, Almaniya, Avstriya, İsveçrə, İsveç, Hindistan, Yaponiya, İtaliya, Birləşmiş Ərəb Əmirlikləri, İspaniya, Danimarka, Belçika, Çexiya, Xorvatiya, Makedoniya, Polşa, Serbiya, Mərakeş, Keniya, Seneqal, Pakistan və s.) 130 dəfədən çox elmi-ekoloji tədbirlərdə iştirak etmişdir.
Evlidir. Böyük oğlu Kənan Politologiya üzrə fəlsəfə doktorudur, diplomatik fəaliyyətdədir. İlqar biznes sektorunda çalışır. 7 nəvəsi var (İslam, Məryəm, Mustafa, Banu, Azad, Suella və Səfiyyə).