Əlişanzadə İsmail Haqqı Əldəm (türk. İsmail Hakkı Eldem; 1 fevral 1871, İstanbul – 13 mart 1944, İstanbul) — Osmanlı imperiyasının son dövr tanınmış memuarçısı və tərcüməçisi.
İsmail Haqqı Əldəm | |
---|---|
türk. İsmail Hakkı Eldem | |
![]() | |
Doğum tarixi | 1 fevral 1871(1871-02-01) |
Doğum yeri | |
Vəfat tarixi | 13 mart 1944(1944-03-13) (73 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Həyat yoldaşı | Əzizə xanım |
Uşağı | |
Təhsili | Məktəb-i Mülküyə |
Fəaliyyəti | yazıçı, tərcüməçi |
İsmail bəy 1871-ci ilin fevralında İstanbulda anadan olub.[1] Atası Topxanə-yi Əmirədə katib işləyən Cavid bəy, anası isə Fatma xanım idi. Fevziyə Rüşdiyəni bitirdikdən sonra Məktəb-i Mülküyəyə daxil olur və 1889-cu ildə oranı bitirir. 1891-ci ildə Xarici İşlər Nazirliyinin Konsulluq İşləri şöbəsində üçüncü katib vəzifəsində işləməyə başlayıb. Fəaliyyəti ilə diqqət mərkəzində olmuş İsmail bəy, 1895 və 1897-ci illərdədə müxtəlif vəzifələrə təyin edilmiş,[2][3] 1899-cu ildə müdir köməkçisi, 1908-ci ildə isə müdir olub.[1]
İkinci Məşrutiyyətdən sonra xaricdə vəzifələr icra etməyə başladı. O, 1908-ci ildə Marselə, 1918-ci ildə isə Münhenə baş konsul təyin edilib. 1919-cu ildə Kürəkən Fərid Paşanın ikinci hökuməti dövründə konsulluqdan uzaqlaşdırılaraq ölkəsinə qayıtdı. 1925-ci ildə öz istəyi ilə Xarici İşlər Nazirliyindən təqaüdə çıxdı. Bir müddət Üsküdar və Kadıköy Su Şirkətində səlahiyyətli nümayəndə vəzifəsində də çalışıb. 1938-ci ildə şirkətin İstanbul Bələdiyyəsinə təhvil verilməsi ilə bağlı bəzi işləri həyata keçirib.[4] İsmail Haqqı Əldəm 13 mart 1944-cü ildə İstanbulda vəfat etmiş və Zəncirliquyu qəbiristanlığında dəfn edilmişdir.
"Dəli Corci” ləqəbli İbrahim Ədhəm Paşanın nəvəsi və məşhur rəssam Osman Həmdi bəyin qardaşı qızı Əzizə xanımla ailə quran İsmayıl Haqqı Əldəmin bu evlilikdən Sədi, Sədat (Haqqı Əldəm), Vədat və Qalibə adlı 4 övladı olub. Sədi Əldəm atası kimi Xarici İşlər naziri olarkən, Sədat Haqqı Əldəm Cümhuriyyət dövrünün ən önəmli memarlarından biri olub. Qızı Qalibə isə Fəthi Okyarla ailə həyatı qurub.
İsmail Haqqı ilk ədəbi fəaliyyətinə hələ Məktəb-i Mülküyədə tələbə olarkən 1886-cı ildə başlamışdır. Məqalələri "Nəhl-i Əməl" ("Ülkü fidan") jurnalında,[5] "Məktəb" jurnalında şeirləri, ədəbi icmalları, tərcümələri və müxtəlif mövzularda məqalələri dərc olunmuşdur. O, 1891-1894-cü illərdə jurnalın baş redaktoru vəzifəsində də çalışıb.[6] Jurnal onun sayəsində "Sərvət-i Fünunçular"ın ədəbi məclisinə çevrildi.[7] Jurnal, Xalid Ziya Uşaqlıgil, Mehmed Rauf, Nəcib Asım Yazıqsız, Cənab Şahabetdin, Hüseyin Sirət, Vələt Çələbi kimi ziyalıların dəstəyini almışdır. İsmail Haqqı Əldəm 1891-ci ildə şeir, memuarlar və icmal kitablarını nəşr etdirmiş, 1895-ci ildən isə tərcümə i.lərinə daha çox diqqət yetirmişdir. O, Qərb ədəbiyyatının tanınmış simalarının əsərlərini tərcümə etmişdir.[6]
İsmail Haqqının 1895-ci ildən sonra nəşr olunan tərcümə əsərləri bunlardır: Ələm çiçəkləri (Duyğuların çiçəkləri) (1927), İki həqiqət (1894), Rəfael (1896), Bədbəxt (1898).