. Love.az

Ismayil Ismayilov Jurnalist - Wikipedia - Love.az

Ana Səhifə - Ismayil Ismayilov Jurnalist

İsmayıl Ələsgər oğlu İsmayılov (28 may 1924, İrəvan – 23 oktyabr 2003, Bakı) — nasir, 1970-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1969), Əməkdar jurnalist (1985).[1]

İsmayıl İsmayılov
İsmayıl Ələsgər oğlu İsmayılov
Doğum tarixi 28 may 1924
Doğum yeri İrəvan, Ermənistan SSR, SSRİ
Vəfat tarixi 23 oktyabr 2003 (79 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Dəfn yeri Mehdiabad qəbiristanlığı
Vətəndaşlığı SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Fəaliyyəti Nasir, jurnalist
Üzvlüyü
  • Azərbaycan Yazıçılar Birliyi,
  • Azərbaycan Jurnalistlər Birliyi
Mükafatları 1-ci dərəcəli "Vətən müharibəsi" ordeni "Şöhrət" ordeni

Həyatı

redaktə

İsmayıl İsmayılov 1924-cü il mayın 28-də İrəvanda bağban ailəsində doğulmuşdur. 1941-ci ildə burada orta məktəbi bitirmişdir. İkinci Dünya müharibəsi başlayan il səfərbərliyə alınmışdır: onun döyüş yolu Novorossiysk şəhəri uğrunda qanlı vuruşmalardan başlamış, Polşa, Çexoslovakiya və Almaniya ölkələrinin alınması ilə sona çatmışdır (1942–1946). 1947-ci ildə ordudan tərxis olunmuş, 1948–1953-cü illərdə "Sovet Ermənistanı" qəzeti redaksiyasıbda ədəbi işçi, stilist vəzifələrində işləmişdir. 1953-cü ildən Ermənistan Televiziya və Radio Verilişləri Komitəsində Azərbaycan dilində radio verilişləri redaksiyasına redaktor təyin olunmuşdur. Azərbaycanlıların Ermənistan ərazisindən deportasiyası zamanı Ermənistanı tərk etmişdir. Ədəbi fəaliyyətə 50-ci illərdən başlamışdır. Onun oçerk və hekayələri "Sovet Ermənistanı" qəzetində, "Ədəbi Ermənistan" almanaxında çap olunmuşdur. Onun heyakə və povestləri "Drujinaçı" (1965), "Müasirlərimiz" (1970), "Doğrulmayan etimad" (1978) kitablarında kütləvi tiraja buraxılmışdır. Poetik yaradıcılığında bayatı və rübailərə üstünlük vermişdir. "Şöhrət", I dərəcəli "Vətən müharibəsi" ordenləri və medallarla təltif olunmuşdur.[2]

2003-cü il oktyabrın 23-də Bakıda dünyasını dəyişmiş, Mehdiabad qəbiristanlığında dəfn edilmişdir.[2]

İstinadlar

redaktə
  1. ↑ Ermənistan Azərbaycanlılarının tarixi coğrafiyası. Bakı: Gənclik. 1995. səh. 440. ISBN 5-8020-0852-0.
  2. ↑ 1 2 Teymur Əhmədov. Azərbaycan Yazıçıları XX–XXI yüzillikdə. Bakı, 2011. s. 493
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=İsmayıl_İsmayılov_(jurnalist)&oldid=7263079"
LOVE.AZ