Bu səhifənin səhifə silmə qaydasına əsasən silinə biləcəyi güman edilir. Əgər səhifənin silinməsinə dair etirazınız varsa, silinməyə namizəd səhifələr səhifəsində bu barədə fikrinizi bildirin. Müzakirə davam etdiyi müddət ərzində səhifədəki bu xəbərdarlığı silməyin.
Bu məqalə sonuncu dəfə 20 gün əvvəl Redivy (müzakirə | töhfələr) tərəfindən redaktə olunub. (Yenilə) |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz. |
İsmayıl Əhmədzadə (tam adı: İsmayıl Əhməd oğlu Əhmədzadə; d.16 avqust 1949, Neftçala r., Aşağı Qaraimanlı k. − ö. 18 yanvar 2011, Bakı) — Azərbaycanın dilçi alimi, filologiya elmləri namizədi, dosent.
İsmayıl Əhmədzadə | |
---|---|
İsmayıl Əhməd oğlu Əhmədzadə | |
![]() | |
Doğum tarixi | |
Doğum yeri | Aşağı Qaramanlı, Neftçala rayonu, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (61 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Vətəndaşlığı |
![]() ![]() |
Milliyyəti | azərbaycanlı |
Elm sahələri | Azərbaycan dili və ədəbiyyat |
Elmi dərəcələri | filologiya elmləri namizədi, dosent |
Təhsili | BDU-nun filologiya fakültəsi |
Mükafatları | «Qabaqcıl maarif xadimi» döş nişanı (1977) |
İsmayıl Əhmədzadə 1949-cu il avqustun 16-da Azərbaycan Respublikası Neftçala rayonunun Aşağı Qaraimanlı kəndində fəhlə ailəsində anadan olmuşdur.
1966-cı ildə həmin rayonun Qədimkənd kənd orta məktəbini gümüş medalla bitirmişdir.
1971-ci ildə BDU-nun filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyat şöbəsini fərqlənmə diplomu ilə bitirmişdir. Adlı təqaüdlə oxumuşdur.
1974-1975-ci illərdə hərbi xidmətdə olmuşdur. Təyinatla Neftçala rayonuna göndərilmiş, 1981-ci ilə qədər həmin rayonun Aşağı Xıllı qəsəbə, Aşağı Qaraimanlı kənd səkkizillik və Qədimkənd kənd orta məktəblərində müəllim, tərbiyə işləri üzrə direktor müavini kimi çalışmışdır.
1981-ci ildə BDU-nun (ovaxtkı ADU-nun) filologiya fakültəsinin ixtisaslaşdırılmış Müdafiə Şurasında «Azərbaycan dilində feli bağlamanın zərflə əlaqəsi» mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1981-ci ilin iyun ayında müsabiqə yolu ilə BDU-nun Azərbaycan dilçiliyi kafedrasına müəllim seçilmişdir. Azərbaycan müəllimlərinin 6-cı qurultayının nümayəndəsi olmuşdur. Rayon dil-ədəbiyyat müəllimləri bölməsinin sədri olmuşdur.
12 may 1989-cu ildən Azərbaycan dilçiliyi kafedrasının dosentidir. 2011-ci il 18 yanvar tarixində Bakıda vəfat etmişdir. [1]
Ailəlidir, 2 övladı var.