. Love.az

Ismayil Eliyev Rektor - Wikipedia - Love.az

Ana Səhifə - Ismayil Eliyev Rektor
Vikipediyada bu ad-soyadlı digər şəxslər haqqında da məqalələr var; bax: İsmayıl Əliyev.

Əliyev İsmayıl İsrafil oğlu (1950, Naxçıvan rayonu) — pedaqogika elmləri doktoru, professor, "Naxçıvan" Universitetinin rektoru (1999–2019), Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı.

İsmayıl Əliyev
Şəxsi məlumatlar
Doğum tarixi 1950
Doğum yeri
  • Naxçıvan rayonu, Naxçıvan MSSR, Azərbaycan SSR, SSRİ
Təhsili Azərbaycan Dövlət Pedaqoji İnstitutu
Fəaliyyəti alim
Elmi fəaliyyəti
Elmi dərəcəsi pedaqogika elmləri doktoru
Elmi adı professor

Mündəricat

  • 1 Həyatı
  • 2 Elmi-pedaqoji fəaliyyəti
  • 3 Kitabları
  • 4 İstinadlar
  • 5 Xarici keçidlər

Həyatı

redaktə

İsmayıl Əliyev 1950-ci ildə Babək rayonunun Təzəkənd kəndində anadan olmuşdur. 1957-ci ildə Naxçıvan şəhər 1 №-li orta məktəbin 1-ci sinfinə daxil olmuş, 1967-ci ildə həmin məktəbin 10-cu sinfini bitirmiş, 1968-ci ilin sentyabr ayınadək həmin məktəbdə laborant vəzifəsində işləmişdir. 1968-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutu Naxçıvan Filialının dil-ədəbiyyat fakültəsinə daxil olmuş, 1972-ci ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir.

Elmi-pedaqoji fəaliyyəti

redaktə

1972–1973-cü illlərdə 32 №-li Texniki-peşə məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi işləmişdir. 1973-cü ilin mart ayından Naxçıvan Dövlət Pedaqoji İnstitutu (indiki Naxçıvan Dövlət Universiteti) pedaqogika kafedrasında əvvəlcə pedaqoji təcrübə üzrə inspektor, sonradan assistent, müəllim, baş müəllim, dosent, kafedra müdiri, tarix-filologiya fakültə dekanının müavini vəzifəsində işləmişdir. 1988-ci ildə namizədlik, 2003-cü ildə doktorluq dissertasiyaları müdafiə etmişdir. 2002-ci ildə ABŞ Bioqrafiya İnstitutu tərəfindən ilin adamı seçilmişdir. 2005-ci ildən Naxçıvan Dövlət Universiteti pedaqogika və psixologiya kafedrasının professorudur. "Naxçıvan" Universitetinin ilk rektoru olmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatıdır.

Evlidir, dörd övladı var.

Kitabları

redaktə
  • Azərbaycan etnopedaqogikası (magistr hazırlığı üçün dərs vəsaiti)
  • İbtidai təhsilin pedaqogikası (mühazirələr xülasəsi)

İstinadlar

redaktə

Xarici keçidlər

redaktə
  • "NAXÇIVAN" UNİVERSİTETİNİN REKTORU
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=İsmayıl_Əliyev_(rektor)&oldid=7122599"
LOVE.AZ