. Love.az

Ismayil Haciyev Bestekar - Wikipedia - Love.az

Ana Səhifə - Ismayil Haciyev Bestekar

İsmayıl Əhməd Cövdət oğlu Hacıyev[1] (18 noyabr 1949) — Azərbaycan-Kanada dirijor və bəstəkarı, Azərbaycanın əməkdar incəsənət xadimi. Azərbaycan bəstəkarı Cövdət Hacıyev və məşhur rəqqasə, baletmeyster Əminə Dilbazinin ailəsində anadan olub.

İsmayıl Hacıyev
Doğum tarixi 18 noyabr 1949(1949-11-18) (75 yaş)
Atası Cövdət Hacıyev
Anası Əminə Dilbazi
Təhsili
  • Bakı Musiqi Akademiyası,
  • Sankt-Peterburq Dövlət Konservatoriyası[d]
Fəaliyyəti dirijor, bəstəkar

Həyatı

redaktə

İsmayıl Hacıyev 1973-cü ildə Bakı Musiqi Akademiyasının Musiqi nəzəriyyəsi və bəstəkarlıq ixtisasını görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin sinfində fərqlənmə diplomu ilə başa vurub.

1975-ci ildə SSRİ Bəstəkarlar İttifaqının üzvü olub. Bu illərdən etibarən orkestr üçün simfoniyalar, simfonik variasiyalar, simli dördlüklər, üç simfonik şeir, fortepiano kompozisiyaları və pasakaliyalar yaratmağa başladı. İsmayıl Hacıyev 1975-1981-ci illərdə Rimski-Korsakov adına Sankt-Peterburq Konservatoriyasının Opera və simfonik bəstəkarlıq ixtisası üzrə professor İlya Musinin, Marinski Teatrının direktorunun və Nyu-Yorkda Metropoliten-operanın baş qonaq dirijoru Valeri Gergiyevin sinfini bitirib. Məzun olduqdan sonra Sankt-Peterburq Filarmoniyasının simfonik orkestrinin bədii direktoru Yevgeni Mravinskinin köməkçisi kimi fəaliyyətini davam etdirib. Məhz bu dövrlərdə Hacıyev çıxışlarının bir çoxunu qeydə almağa başlayır.

İstinadlar

redaktə
  1. ↑ Night of Azerbaijani music held in Canada Arxivləşdirilib 2010-09-07 at the Wayback Machine. News.az. 28 August 2010. Retrieved on 9 September 2010.

Xarici keçidlər

redaktə
  • Toronto İpək Yolu Orkestri Arxivləşdirilib 2011-07-07 at the Wayback Machine
  • İsmayıl Hacıyevin Ottavada çıxışı — YouTube platformasında
  • İsmayıl Hacıyevin Torontoda çıxışı — YouTube platformasında
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=İsmayıl_Hacıyev_(bəstəkar)&oldid=5712311"
LOVE.AZ